İndiyədək Dövlət İmtahan Mərkəzi (DİM) dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi üzrə 5 elan verib.
DİM-in mətbuat xidmətindən ONN media-ya verilən məlumata görə, 2 müsahibə elanı üzrə namizədlərin qeydiyyatı artıq bitib.
Bildirilib ki, digər vakant vəzifələrin tutulması üçün yaxın günlərdə yenidən müsahibə elanları veriləcək.
Qeyd olunub ki, hazırda 26 yanvar və 7, 8 fevral tarixlərində elan edilmiş inzibati icraçı (B növ) vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsinə qeydiyyat davam edir. Namizədlərin təqdim olunan vakant vəzifələr üzrə qeydiyyatı qanunvericiliyə uyğun olaraq 30 gün müddətində aparılır və qeydiyyat müvafiq olaraq 23 fevral, 8 və 9 mart tarixlərinə qədər davam edəcək.
26 yanvar tarixində elan olunmuş müsahibədə Təhsil Nazirliyirayon təhsil şöbələrində inzibati vəzifələrin 7-ci təsnifatına uyğun olan icraçı vəzifələr üzrə 189 vakant yer, 7 fevral tarixində elan olunmuş müsahibədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə inzibati vəzifələrin 6-7-ci təsnifatlarına uyğun olan 518 vakant yer, 8 fevral tarixində elan olunmuş müsahibədə isə 11 dövlət orqanında inzibati vəzifələrin 5-7-ci təsnifatlarına uyğun olan icraçı vəzifələr üzrə 193 vakansiya təqdim olunmuşdur. Sertifikat əldə etmiş, həmçinin 18 fevral 2018-ci il tarixində keçiriləcək dövlət qulluğunda inzibati icraçı (B növü) vəzifələr üzrə müsabiqənin test imtahanından uğur əldə edənlər müsahibələrdə iştirak üçün qeydiyyatdan keçə bilərlər. Müsahibə elanlarında hər bir vəzifə üzrə ətraflı məlumat, müsahibədə iştirak etmək hüququ verən sertifikat, müsahibə proqramı və digər zəruri məlumatlarla tanış olmaq mümkündür.
18 fevral 2018-ci il tarixində dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanada iştirak etmək üçün BB vəzifə qrupu üzrə 1174, BA vəzifə qrupu üzrə isə 363 namizəd olmaqla, ümumilikdə 1537 nəfər qeydiyyatdan keçib.



Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ
5 dövlət orqanında 88 yer vakantdır
519 vakant vəzifəyə qəbul üçün müsahibə elan edilib
32 vakant yerə ümumi müsahibə elan edilib
Dövlət qulluğuna qəbul olmaq istəyənlərin diqqətinə
DİM 200 vakant vəzifə üzrə müsahibə mərhələsini elan edir
Dövlət qulluğuna hazırlaşanların nəzərinə
Nazirlik 308 vakansiya elan edib - DİQQƏT
5 dövlət orqanında işləmək şansı - TƏLƏSİN!
Dövlət qulluğuna qəbul üçün müsahibə keçiriləcək - VAKANT VƏZİFƏLƏR
Apreldə dövlət qulluğuna qəbul üçün 710 vəzifəyə müsahibə keçiriləcək
İş axtaranların DİQQƏTİNƏ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 