Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 5-dən etibarən mərkəzi icra hakimiyyəti orqanlarında inzibati rəhbər vəzifələr üzrə müsabiqənin müsahibə və ümumi müsahibə elanlarını verib.
DİM-dən ONN media-ya bildirilib ki, dövlət qulluğu vəzifələrinin A növünə aid (inzibati rəhbər vəzifələr) müsabiqənin müsahibə mərhələsi üzrə 5 dövlət orqanında 88, ümumi müsahibə üzrə isə 4 dövlət orqanında 10 vakant inzibati vəzifənin tutulması üçün müsahibə mərhələsi elan edilib. Müsahibədə iştirak etmək üçün qeydiyyat müddəti martın 7-dək davam edəcək.
Müsabiqəyə təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları Mərkəzin internet portalında yerləşdirilib.
Namizədlər dövlət qulluğunun A növü üzrə müsabiqənin müsahibə və ümumi müsahibə elanları ilə DİM-in saytında da tanış ola bilərlər.
Qaydalara əsasən, vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verənlər müsahibələrdə iştirak edə bilərlər. DİM-in saytında təqdim edilən cədvəldə hər iki elanda verilmiş vəzifə altqrupu üzrə vakant yerlərin sayı və imtahan verərək müvafiq sertifikatı əldə edənlərin sayı qeyd olunub. Belə ki, AC1 vəzifə altqrupuna uyğun 12, AC3 vəzifə altqrupuna uyğun 19, AC4 vəzifə altqrupuna uyğun 63 vakant yer var. Sertifikatı olanların sayı isə müvafiq olaraq 18, 40 və 50-dir. Nəzərə alsaq ki, vəzifələrin müvafiq altqrupu üzrə sertifikata malik şəxs sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun vəzifə üzrə keçirilən müsahiblərdə də iştirak edə bilərlər, bu zaman namizədlərin seçim imkanları daha çox olur. Sertifikat əldə etmiş şəxslər vakant vəzifələrin tutulması üçün digər tələblərə (əmək stajı, təhsil, ixtisas və s.) cavab verirlərsə, müsahibələrdə iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər.
Müsahibələrdə iştirak etmək istəyən namizədlər “Dövlət qulluğu üzrə müraciət Forması”nı (https://eservices.dim.gov.az/dqq/Home/Login) doldurmaqla qeydiyyatdan keçə bilərlər.
Elan edilmiş müsahibələrdə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərə uyğun olaraq vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
Namizədlər müsahibənin keçirilmə vaxtı və yeri haqqında məlumatı qeydiyyat başa çatdıqdan sonra Mərkəzin portalında və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytından əldə edə bilərlər



32 vakant yerə ümumi müsahibə elan edilib
DİM 200 vakant vəzifə üzrə müsahibə mərhələsini elan edir
Dövlət qulluğuna qəbul olmaq istəyənlərin diqqətinə
Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ
Vakant vəzifələrin tutulması üçün müsahibə elanları veriləcək
Qrafik müəyyən edildi
Dövlət qulluğuna hazırlaşanların nəzərinə
İş axtaranların DİQQƏTİNƏ
Nazirlik 308 vakansiya elan edib - DİQQƏT
519 vakant vəzifəyə qəbul üçün müsahibə elan edilib
Bu dövlət idarələri İŞÇİ AXTARIR - SİYAHI
DİQQƏT- İşə qəbul başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 