ONN media xəbər verir ki, Dövlət İmtahan Mərkəzi (DİM) mərkəzi icra hakimiyyəti orqanlarında ümumilikdə 11 dövlət orqanında inzibati vəzifələrin 4–6-cı təsnifatlarına uyğun olan 200 vakant rəhbər vəzifələri üzrə (AB və AC vəzifə qrupları üzrə) dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsini elan edir.
DİM mətbuat xidmətindən verilən məlumata görə, ən yüksək vəzifələr Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Aparatında şöbə müdiri və şöbə müdirinin müavini, Səhiyyə Nazirliyinin Aparatında şöbə müdirinin müavini və mərkəzi icra hakimiyyəti orqanlarının regional bölmələrində bölmə müdirinin müavini ve sektor müdirləri vəzifələridir.
Müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyat aprelin 7-dək davam edəcək. Müsabiqəyə təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları Mərkəzin internet portalında yerləşdirilib. Namizəd dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikata uyğun olaraq müsabiqənin müsahibə mərhələsində iştirak edir. Müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən namizəd “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə Mərkəzin internet portalına daxil etdiyi məlumatlarda və sənədlərdə dəyişikliklər olduqda, portalda müvafiq düzəlişlər etməlidir. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməli və 07 aprel 2018-ci il saat 18:00-dək Mərkəzin portalı vasitəsilə müsahibədə iştirak üçün müraciət etməlidir. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərə uyğun olaraq vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.



32 vakant yerə ümumi müsahibə elan edilib
Dövlət qulluğuna hazırlaşanların nəzərinə
5 dövlət orqanında 88 yer vakantdır
519 vakant vəzifəyə qəbul üçün müsahibə elan edilib
Dövlət qulluğuna qəbul olmaq istəyənlərin diqqətinə
Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ
Vakant vəzifələrin tutulması üçün müsahibə elanları veriləcək
Qrafik müəyyən edildi
Bu dövlət idarələri İŞÇİ AXTARIR - SİYAHI
İş axtaranların DİQQƏTİNƏ
Nazirlik 308 vakansiya elan edib - DİQQƏT
İş axtaranların NƏZƏRİNƏ!
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 