"Avtomobillərin addan ada keçirilməsi (özgəninkiləşdirilməsi) ilə bağlı rüsumların dəyişdirilməsi barədə məlumat yayılıb. Milli Məclisin komitəsində müzakirə edilən layihə əlimizdə olmadığından tam dəqiq şərh vermək bir az çətindir. Amma yayılan məlumatdan aydın olur ki, 3 istiqamətdə dəyişiklik nəzərdə tutulur".
ONN media xəbər verir ki, bu barədə nəqliyyat üzrə tanınmış ekspert Ərşad Hüseynov bildirib. O qeyd edib ki, birinci dəyişikliyə əsasən, fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi (addan ada keçirilməsi) zamanı tutulan, mühərrikin iş həcmindən və avtomobilin istehsal ilindən asılı olan rüsum yaxın qohumlara (ər-arvad, uşaqlar, valideynlər, övladlığa götürənlər və götürülənlər, babalar, nənələr, nəvələr, doğma və ögey qardaşlar və bacılar) bağışlama halına aid edilməyək:
"Məlumdur ki, addan ada keçirilmə zamanı aşağıdakı rüsumlar tutulur:- qeydiyyat şəhadətnaməsinin rüsumu (25 manat);- nömrənin rüsumu - 22 manat (bəzi nömrələrin hərracdan satılması tətbiq edildikdən sonar 35 manat olacaq);- texniki baxışın rüsumu (əgər texniki baxış keçirilməlidirsə) – 30 manat;- qeydiyyat rüsumu – yük avtomobilləri, avtobuslar üçün, habelə minik avtomobili hüquqi şəxs tərəfindən özgəninkiləşdiriləndə 10 manat, minik avtomobili fiziki şəxslər tərəfindən özgəninkiləşdiriləndə isə mühərrikin iş həcmindən və avtomobilin istehsal ilindən asılı olan məbləğ (bu, təxminən 10-1500 manat arasında ola bilər).Təklif olunan dəyişiklik layihəsi qəbul edilsə, sonuncu göstərilən rüsum yaxın qohumlara (ər-arvad, uşaqlar, valideynlər, övladlığa götürənlər və götürülənlər, babalar, nənələr, nəvələr, doğma və ögey qardaşlar və bacılar) bağışlama halınada cəmi 10 manat olacaq (yəni minik avtomobilinin mühərrikinin iş həcmindən və istehsal ilindən asılı olmayacaq).Dəyişdirilən ikinci məsələ ondan ibarətdir ki, avtomobillərinin fiziki şəxslər tərəfindən özgəninkiləşdirilməsi haqqında müqavilələrin dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumunun məbləğinin hər il üçün təsdiq olunması mexanizmi ləğv ediləcək. Qüvvədə olan qanuna əsasən, bu rüsumu Nazirlər Kabineti hər il üçün ayrıca müəyyən etməlidir. Hazırda NK-nın bu barədə 31 iyul 2018-ci il, № 336 Qərarı var. Onsuz da bu qərar 2020-ci il üçün yenilənmədi. Dəyişiklik qüvvəyə minsə, yəqin ki, elə bu qərar uzunmüddətli olacaq.Daha bir düzəliş “özgəninkiləşdirmə” ifadəsinin nəyi ehtiva etməsinin dəqiqləşdirilməsi olacaq. Bu ifadənin təcrübədə birmənalı tətbiqi üçün buna da ehtiyac var.
Beləliklə, yayılan məlumatda rusumların artması barədə heç nə deyilmir, hətta əksinə, yaxın qohuma bağışlamada rüsum əhəmiyyətli dərəcədə azalacaq. Hər bir halda gözləyək, görək, həmin layihə nə vaxt rəsmi dərc olunacaq. Onda hər şey daha aydın olacaq".



Yasa getmək adı ilə əsassız icazə alan daha 50 nəfər cəzalandırıldı - DİN
Azərbaycanda avtomobillər üçün YENİ RÜSUMLAR
Dövlət rüsumu artırılır: ekspert çağırış etdi
Azərbaycanda avtomobillərin qiyməti BAHALAŞA BİLƏR
Avtomobilə vinil çəkdirmək qadağandır? - Açıqlama
Litva rəsmi olaraq Gürcüstanın adını dəyişib
Siqaret bahalaşacaq
Azərbaycanda bu rüsumlar artırıldı - Parlament QƏBUL ETDİ
Maşın almaq istəyənlər DİQQƏTLİ OLUN
Sürücülərin NƏZƏRİNƏ- Bu gündən...
Maşın almaq istəyənlərin DİQQƏTİNƏ
Övladlığa uşaq götürmə ilə bağlı QAYDALAR DƏYİŞİR
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 