Bu gün UEFA Çempionlar Liqası çərçivəsində Bakıda keçiriləcək “Qarabağ” (Azərbaycan) - APOEL (Kipr) qarşılaşması ilə əlaqədar "Bakı Metropoliteni" bütün lazımi tədbirləri görüb. ONN media xəbər verir ki, bu barədə özəl açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Onun sözlərinə görə, oyun sonrası azarkeşlərin ünvana rahat və təhlükəsiz çatdırılması, yarana biləcək sərnişin sıxlığının aradan qaldırılması üçün metro stansiyalarında hazırlıq tədbirləri başa çatdırılıb: "Xüsusən "Gənclik" və "Nəriman Nərimanov" stansiyalarında işçi qüvvəsinin sayı artırılıb, stansiyalara nəzarət gücləndirilib. Oyun saat 22 radələrində yekunlaşdığı üçün stansiyaların saat 00:00-dan sonra işləməsinə ehtiyac yoxdur. Yəni stansiyalar vaxtında bağlanacaq. Amma buna baxmayaraq, sərnişin sıxlığının qarşısını almaq üçün əlavə qatarlar hazır vəziyyətə gətirilib. Ümid edirik ki, həmişə olduğu kimi, bu dəfə də əlavə qatarlara və intervalın azaldılmasına ehtiyac olmayacaq. Yəni bu saatlarda başlanan oyunlar zamanı heç vaxt əlavə qatarlara ehtiyac olmayıb. Amma zərurət yaranarsa, əlavə qatarlar xəttə buraxıla və qatarlar arasındakı interval azaldıla bilər". Xatırladaq ki, bu gün UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində ölkəmizi təmsil edən “Qarabağ” futbol klubu Kiprin APOEL klubu ilə cavab görüşü keçirəcək.
Bu gün Bakı metrosu saat neçədə bağlanacaq?



Bakı metrosu bu gün gücləndirilmiş rejimdə çalışacaq
Sabah metro gücləndirilmiş iş rejimində işləyəcək
Bakı metrosu gücləndirilmiş rejimə keçir
Bu gün Bakı metrosu yarım saat artıq işləyəcək - SƏBƏB?
Bakı metrosundan istifadə edənlərə XƏBƏRDARLIQ
Metro gücləndirilmiş rejimdə çalışacaq
Bu metrostansiyası ilə bağlı XƏBƏR VAR
Bakı metrosu sabahdan necə işləyəcək? – RƏSMİ
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Bakı metrosunda DƏYİŞİKLİK
Bakı metrosu sabah 1 saat artıq işləyəcək
Bakı Metropoliteni stansiyalara nəzarəti gücləndirdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 