NATO Parlament Assambleyasının İqtisadiyyat və təhlükəsizlik Komitəsinin videokonfrans formatında iclası keçirilib. ONN media xəbər verir ki, iclasda Milli Məclisin NATO PA-dakı nümayəndə heyətinin üzvü Məlahət İbrahimqızı iştirak edib. NATO PA-ya üzv və assosiativ ölkələrin nümayəndələri qatıldığı tədbirin gündəliyinə “Körfəz böhranı və qlobal enerji bazarları”, “Qara dəniz regionu: İqtisadi və geosiyasi gərginliklər” mövzusunda hesabat layihələri və təşkilati məsələlər salınıb. Tədbirdə çıxış edən üzv ölkələrin nümayəndələri müzakirə olunan məsələlərə münasibətlərini bildirib, qeyd və təkliflərini veriblər. İkinci hesabat layihəsinin müzakirəsi zamanı iclasda çıxış edən Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinə öz müsbət töhfələrini verməkdə davam edir: “Lakin bu yaxınlarda Azərbaycan-Ermənistan sərhəddindəki hərbi təxribatlar bir daha regionun barıt çəlləyi olduğunu nümayiş etdirdi. Xüsusilə vurğulamaq istərdim ki, Tovuz ətrafında baş vermiş hərbi təxribat enerji xətlərimizdən cəmi 15 km məsafədə idi. Bütün dünyanın COVID-19 ilə mübarizə apardığı bir dönəmdə Ermənistanın belə bir təxribata əl atması üzücüdür. Ermənistanın baş naziri Nikol Paşinyanın arvadı Anna Akopyanın Azərbaycanın işğal altındakı torpaqlarına gələrək qadınlar ilə hərbi təlimlərə qatılması mövcud qığılcımı daha da alovlandırır. Mən buradan NATO PA-ya səslənərək belə addımların qarşısının alınması üçün ciddi addımların atılmasını təklif edirəm. Bu, Qara Dəniz regionunun enerji təhlükəsizliyinin təmin olunması üçün çox vacibdir. Verilmiş imkanlardan istifadə edərək, qardaş Türkiyədən olan həmkarlarımı Qara Dənizin dibində aşkar etdikləri zəngin qaz ehtiyatlarına görə təbrik edirəm. Mən çıxışımı sonlandırmadan öncə, Türkiyə - Yunanıstan arasında son vaxtlar artan gərginliklə bağlı bir neçə cümlə danışmaq istərdim. Azərbaycanın rəsmi mövqeyi cənab İlham Əliyev tərəfindən aydın şəkildə bəyan olunmuşdur. İnanırıq ki, Aralıq dənizinin Şərq hissəsində Türkiyənin beynəlxalq hüququn prinsipləri çərçivəsindəki fəaliyyəti bütövlükdə bu bölgədə sülhə və inkişafa xidmət edəcəkdir. Bildirmək istərdim ki, Azərbaycan cəmiyyəti NATO-nun Türkiyə-Yunanıstan arasında artan gərginliyin azaldılmasındakı rolunu və səylərini çox yüksək qiymətləndirir. Çünki hər iki ölkə NATO-nun üzvüdür. Buradan NATO PA-nın bu məsələ ilə bağlı daha aktiv olmasını təklif edirəm”. Azərbaycan deputatına çıxışına görə təşəkkür edən komitənin Latviyalı sədri İvan Klementyev diqqətə çatdırıb ki, o, iki il öncə Azərbaycanda olub və ölkənin enerji məsələləri ilə yaxından tanışdır. Komitə sədri Avropanın enerji təhlükəsizliyinin təminatına Azərbaycanın verdiyi töhfəni yüksək qiymətləndirib.
NATO PA-da Ermənistanın təxribatı məsələsi qaldırıldı



NATO PA-nın yaz sessiyası başladı
Məlahət İbrahimqızı erməni deputatı ifşa etdi
Ermənilərin bu təxribatı baş tutmadı
NATO-ya üzv dövlətlər Azərbaycanın ərazi bütövlüyünü dəstəklədilər
Zakir Həsənov Latviyanın NATO PA-dakı nümayəndə heyətinin üzvü ilə görüşdü
Sahibə Qafarova Pakistana gedir
Oqtay Əsədov Qırğızıstana gedir
NATO-nun fövqəladə iclası başlayıb
Türkiyə NATO-nu tərk etdi - Belçikada KRİTİK QƏRAR
Sahibə Qafarova NATO nümayəndə heyəti ilə görüşdü
NATO Rusiyanı savaşa təhrik edir - Bloxin
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 