Azərbaycanın Avropada ildən-ilə artan əhəmiyyətli rolu, Avroatlantik məkanın, xüsusilə də Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələr NATO PA-nın Kanadanın Halifax şəhərində keçirilən 64-cü payız sessiyası zamanı müxtəlif məruzələrdə qeyd edilib.
ONN media Trend-ə istinadla xəbər verir ki, bunu Milli Məclisin deputatı, Azərbaycanın NATO PA-da nümayəndə heyətinin üzvü Məlahət İbrahimqızı deyib.
M.İbrahimqızı bildirib ki, qurumun İqtisadiyyat və təhlükəsizlik komitəsində Mərkəzi və Şərqi Avropada enerji təhlükəsizliyi çağırışları hazırlanıb. Onun sözlərinə görə, alyans üçün çağırış qətnaməsində Azərbaycan torpaqlarının bir hissəsinin işğal altında olması, bu torpaqlara nəzarət edə bilməməsi, ölkəmizin qeyd edilən məkanın enerji təhlükəsizliyində strateji əhəmiyyəti öz əksini tapıb.
Deputat bildirib ki, bu ilin sentyabr ayında bu komitə üzvlərinin böyük bir qrupu Bakıda rəsmi səfərdə olmuşdu: "Onların çox maraqlı və zəngin proqramları var idi. Məhz bu səfərin ölkəmizdə məhsuldar keçməsi qətnamənin hazırlanmasına çox ciddi təsiri olub".
M.İbrahimqızı qeyd edib ki, bu qətnamə müzakirə edilən zaman ermənilər təxribatçı çıxışlar etməyə cəhd ediblər: "İşğalçı Ermənistan dövləti bu gün dövlətimizin və dövlət başçımızın dünyada getdikcə artan nüfuzundan çox narahatdırlar. Ona görə ölkəmizlə bağlı hər hansı müsbət nailiyyətə qarşı pozucu və təxribat xarakterli çıxışlar etməyə çalışırlar. Bu qətnamə də müzakirə edilərkən sənəddəki Azərbaycanla bağlı müsbət fikirlərə etiraz etdilər. Komitə iclasında erməni deputatlar və onları dəstəkləyənlər məruzə və qətnamədə Azərbaycanla bağlı məqamların əleyhinə olsalar da, onların fikirləri əsassız qəbul edildi".



NATO PA-da Ermənistanın təxribatı məsələsi qaldırıldı
Məlahət İbrahimqızı erməni deputatı ifşa etdi
NATO PA-nın yaz sessiyası başladı
Nazir Münhen Təhlükəsizlik Konfransında çıxış edib
"Cənub Qaz Dəhlizi”nin icrasının yekun mərhələdədir- Nazir
Prezident Azərbaycandan neft idxal edən NATO ölkələrinin SAYINI AÇIQLADI
Zakir Həsənov Latviyanın NATO PA-dakı nümayəndə heyətinin üzvü ilə görüşdü
Stoltenberq: “Ukrayna və Gürcüstan NATO-ya üzv olmağa hazır deyillər”
Baş nazir: "Azərbaycan və Gürcüstan Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verirlər"
Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Azərbaycanda səfərdədir
İlham Əliyev Laura Loxmanı qəbul edib
Milli Məclisin İntizam Komissiyası Rafael Cəbrayılovun məsələsinə mütləq baxacaq – Katibdən AÇIQLAMA
Hava ilə bağlı nazirlikdən xəbərdarlıq
Bakıda iki avtobus toqquşdu- Xəsarət alan var
Şamaxıda zəlzələ oldu
Bakı nefti kəskin bahalaşdı
Günün qoroskopu: Sükan arxasında diqqətli olun
MN təstiqlədi- ÖZ QIRICIMIZDIR
Cəbrayılda mina partladı
DİQQƏT- Qəbul ləğv edildi
Pensiya alanların NƏZƏRİNƏ
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Pakistanda şiddətli yağışlar- Ölənlər var
Peşə Təhsil müəssisələrinə qəbul başladı
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Diqqət- Bu ərazilərdə işıq olmayacaq
Neftin son qiyməti açıqlandı 