Oktyabrın 16-da Xarici İşlər naziri Ceyhun Bayramov və BMT Baş katibi Antonio Quterreş arasında telefon danışığı baş tutub. Xarici İşlər Nazirliyindən ONN media -ya verilən məlumata görə, nazir Ceyhun Bayramov bölgədəki cari vəziyyət və Ermənistanın silahlı qüvvələri tərəfindən humanitar atəşkəsin pozulması barədə BMT Baş katibinə məlumat verib. Nazir Ermənistan silahlı qüvvələrinin azərbaycanlı mülki əhalini və mülki infrastrukturu, həmçinin münaqişə zonasından uzaq yerləşən şəhərləri məqsədyönlü şəkildə atəşə tutduğunu vurğulayıb. O, humanitar atəşkəsin elan edilməsindən 13 saat sonra Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulduğunu bildirib. Nazir bu günə kimi 47 mülki şəxsin həyatını itirdiyini və 222 nəfərin isə yaralandığını qeyd edib. Nazir Ceyhun Bayramov bölgədə vəziyyətin gərginləşməsi ilə bağlı məsuliyyətin tam şəkildə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyünü bildirib. BMT Baş katibi Antonio Quterreş bölgədə gərginliyin artması və mülki şəxslərin öldürülməsi ilə bağlı ciddi narahatlığını ifadə edib. O, humanitar atəşkəsə riayət edilməsinin vacibliyini vurğulayıb. BMT Baş katibi, həmçinin münaqişənin siyasi yolla həllinin zəruriliyini qeyd edib.
Ceyhun Bayramovla BMT-nin Baş katibi arasında telefon danışığı oldu



Bayramov və Çavuşoğlu son vəziyyəti MÜZAKİRƏ ETDİLƏR
Bayramov rus həmsədrlə danışdı
Bayramov Borelə Gəncənin atəşə tutulması barədə məlumat verdi
Bayramov Zəriflə telefonla danışdı
Lavrov Qarabağa görə Bakıya zəng etdi - KRİTİK MÜZAKİRƏ
Azərbaycan və Ukrayna XİN başçıları arasında telefon danışığı oldu
Ceyhun Bayramovla rusiyalı həmsədr arasında telefon danışığı oldu
Ceyhun Bayramov ABŞ Dövlət katibinin müavini ilə danışdı
Ceyhun Bayramovla Sergey Lavrov cəbhədəki vəziyyəti MÜZAKİRƏ ETDİ
Əfqanıstan növbəti dəfə Azərbaycana dəstək verdi
Ceyhun Bayramov Aİ rəsmisinə erməni təxribatından danışdı
Ceyhun Bayramov Maasla Qarabağı müzakirə etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 