Baş Nazir Əli Əsədov Tərtər rayonunun Madagiz kəndinin Suqovuşan kəndi adlandırılması haqqında” Azərbaycan Respublikasının 2020-ci il 6 oktyabr tarixli 173-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bəzi məsələlər barədə sərəncam imzalayıb. ONN media xəbər verir ki, sərəncama əsasən, qanunun tətbiqinin təmin edilməsi məqsədilə Ədliyyə Nazirliyi icra prosesində müəyyən ediləcək aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının “Azərbaycan Respublikasının Tərtər rayonunun Madagiz kəndinin Suqovuşan kəndi adlandırılması haqqında” Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir. Həmçinin, razılaşdırma prosesinin iştirakçıları (əsas və birgə icraçılar) bu Sərəncamın icrası ilə bağlı normayaratma vəzifələrindən irəli gələn məsələlər üzrə (layihə və təkliflərin baxılması, hazırlanması, razılaşdırılması, təqdim edilməsi və s.) müvafiq tədbirlər görüb icra vəziyyəti tələb etdikdə, məlumatları icra üçün ayrılmış müddətin birinci yarısı başa çatanadək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidirlər. Eyni zamanda, hüquqi aktların layihələrini əsas icraçıya təqdim edən subyektlər “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun müvafiq maddələrinin tələblərinə əməl olunmasını təmin etməlidirlər. Mərkəzi icra hakimiyyəti orqanları üç aydan gec olmayaraq, Qanunun tətbiqinin təmin edilməsi məqsədilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb, normativ hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı Ədliyyə Nazirliyinə təqdim etməli və icra vəziyyəti tələb etdikdə, Nazirlər Kabinetinə məlumat verməlidirlər. Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Qanuna uyğunlaşdırılmasını təmin edib, bu barədə dörd ay müddətində Nazirlər Kabinetinə məlumat verməlidir. Sərəncamın icrası Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinə həvalə edilir və Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Baş nazirdən Suqovuşanla bağlı SƏRƏNCAM



Əli Əsədovdan yeni fəxri adla bağlı SƏRƏNCAM
Əli Əsədovdan TAPŞIRIQ: İki ay müddətində...
Baş nazir “Beşbarmaq dağı” ilə bağlı sərəncam imzalayıb
Azərbaycanda "jurnalist vəsiqələri" ilə bağlı qərar verildi
Əli Əsədovdan Prezidentin xüsusi nümayəndələri ilə bağlı - SƏRƏNCAM
Baş nazirdən şəhid adının əbədiləşdirilməsi ilə bağlı VACİB SƏRƏNCAM
Baş Nazirdən YENİ QƏRAR
Baş nazirdən övladlığagötürmə ilə bağlı VACİB QƏRAR
İmtahandan keçən müəllimlərə şad xəbər – Sərəncam
Əli Əsədovdan karantin rejimi ilə bağlı SƏRƏNCAM
Baş Nazir Əli Əsədovdan əhali ilə bağlı MÜHÜM SƏRƏNCAM
Baş nazirdən Nazirlər Kabineti ilə bağlı SƏRƏNCAM
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 