Xarici İşlər naziri Ceyhun Bayramovun Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel ilə telefon danışığı baş tutub. Xarici İşlər Nazirliyindən ONN media -ya verilən məlumata görə, telefon danışığı zamanı tərəflər bölgədəki son vəziyyət barədə fikir mübadiləsi aparıblar. C.Bayramov şənbə günü, humanitar atəşkəs barədə ikinci razılığın əldə olunmasına baxmayaraq, Ermənistan silahlı qüvvələrinin Cəbrayıl rayonu istiqamətində Azərbaycan mövqelərinə hücum etdiyini, həmçinin Ermənistan-Azərbaycan dövlət sərhədində Gədəbəy və Tovuz rayonlarını atəşə tutduğunu Ali Nümayəndənin diqqətinə çatdırıb. Nazir humanitar atəşkəs rejimini pozmaqla Ermənistanın beynəlxalq hüquqa, eləcə də beynəlxalq humanitar hüquqa dair öhdəliklərinə riayət etmədiyini bir daha nümayiş etdirdiyini vurğulayıb. Ali nümayəndə Cosef Borel, Aİ-nin sözçüsünün Gəncə şəhəri ilə bağlı açıqlamasına toxundu və mülki insanları və mülki obyektləri hədəf almağın qəbuledilməz olduğunu vurğuladı. O, hər iki tərəf ilə razılaşdırılmış humanitar atəşkəsin tətbiq olunmasının vacibliyini vurğuladı və münaqişənin həlli üçün mahiyyət üzrə danışıqların zəruriliyini qeyd etdi. Nazir Ceyhun Bayramov, Azərbaycanın Gəncə şəhərinə hücum və mülki şəxslərin hədəf alınması ilə bağlı bəyanatla çıxış etdiyi üçün Avropa İttifaqının ali nümayəndəsinə təşəkkürünü bildirdi. Nazir, bu hərbi cinayətə görə Ermənistan rəhbərliyinin məsuliyyət daşıdığını vurğuladı.
Ceyhun Bayramov Aİ rəsmisinə erməni təxribatından danışdı



Bayramov Borelə Gəncənin atəşə tutulması barədə məlumat verdi
Ceyhun Bayramovla BMT-nin Baş katibi arasında telefon danışığı oldu
Bayramov Stefano Sannino ilə danışdı
Bayramov erməni təxribatından danışdı, Mnatsakanyan qulaq asdı
Ceyhun Bayramov və ABŞ rəsmisi telefonla danışıb
Ceyhun Bayramov və Aİ-nin xüsusi nümayəndəsi arasında telefon danışığı olub
Ceyhun Bayramov Britaniyanın dövlət naziri ilə telefonla danışdı
Bayramov britaniyalı nazirə erməni terrorundan danışdı
Ceyhun Bayramov iranlı həmkarı ilə nəyi müzakirə etdi?
Ceyhun Bayramov Linas Linkeviçyus ilə telefonda danışdı
Ceyhun Bayramov ABŞ Dövlət katibinin müavini ilə danışdı
Azərbaycan və Ukrayna XİN başçıları arasında telefon danışığı oldu
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 