Biz öz tərəfdaşlarımızla əlaqələr çərçivəsində üzərimizə götürdüyümüz öhdəliklərə sadiqik. Həm əvvəldən, həm də münaqişənin nizamlanmasına dair danışıqlar prosesində biz həmişə həm beynəlxalq hüquqa, həm də münaqişənin dinc yolla həllinə sadiqliyimizə, o cümlədən Moskva danışıqlarından sonra Azərbaycanın öz üzərinə götürdüyü öhdəliklərə əsaslanmışıq, həmin öhdəlikləri yerinə yetirməyə çalışırdıq və buna hazırlaşırdıq. ONN media xəbər verir ki, Prezident İlham Əliyev bunu Rusiyanın TASS informasiya agentliyinə müsahibəsində atəşkəslə bağlı suala cavabında bildirib. Ermənistan atəşkəs rejimini kobud şəkildə pozduğunu diqqətə çatdıran dövlətimizin başçısı deyib: “Danışıqlardan sonra heç 24 saat keçməmiş Gəncə şəhərinə hücum edildi. Gecə vaxtı - yatmış Gəncə şəhərinin yaşayış məhəllələrinə məqsədyönlü şəkildə zərbə endirildi. Birinci hücumdan sonra, - iki hücum olub, - həlak olanlar və yaralananlar hədsiz çox idi. Yəni Ermənistan atəşkəsi nümayişkəranə şəkildə pozdu. Beləliklə o, vasitəçilərə hörmətsizlik, Moskvada belə uzun danışıqlardan sonra öz üzərinə götürdüyü öhdəliklərə hörmətsizlik göstərdi”. Azərbaycan Prezidenti qeyd edib ki, bundan əvvəl, həlak olanların cəsədlərinin, əsirlərin və girovların mübadiləsi məqsədilə atəşkəsin şərtləri razılaşdırıldıqdan sonra Ermənistan döyüş meydanında da atəşkəs rejimini pozurdu. Lakin onlar bununla kifayətlənmədi və Gəncə şəhərinə hücum etdilər. “İki gün bundan əvvəl onlar eyni cür hərəkət etdilər. Yenə gecə vaxtı. Bu, çox alçaq cinayətdir. Bu, beynəlxalq terrorizmdir. Dünya birliyinin bu qanlı cinayəti bir səslə pisləməsi o deməkdir ki, bu, ermənilərə baha başa gələcək. BMT-nin Baş katibi də, Avropa İttifaqı da, bir çox ölkələr də bu beynəlxalq terrorizm aktını milli səviyyədə pisləyiblər”, - deyə Prezidenti İlham Əliyev vurğulayıb.
"Ermənistan vasitəçilərə hörmətsizlik göstərdi" - Ölkə başçısı



Lukaşenko İlham Əliyevə zəng etdi
SON DƏQİQƏ: Prezident 4 tvit paylaşdı
Ceyhun Bayramov "Washington Post"a açıqlama verdi
Mehriban Əliyevadan Gəncə ilə bağlı PAYLAŞIM
Prezident Quterreşlə videokonfrans formatında görüşdü
Əgər bizə hücum olunursa... - Prezidentdən Ermənistana SƏRT XƏBƏRDARLIQ
Ermənistan müharibə aparılmasının bütün normalarını kobud şəkildə pozub - Prezident
Hərbi-siyasi nizamlama yeganə mümkün yoldur - Ölkə başçısı
İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinə müsahibə verib - TAM MƏTN
İlham Əliyev Ermənistandan bunu tələb etdi
Ceyhun Bayramov Aİ rəsmisinə erməni təxribatından danışdı
Ermənistan münaqişənin həllini istəyirsə... - Nazir
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 