Belarusun müxalifət lideri Svetlana Tixanovskayanın oktyabrın əvvəlində Litvadan etdiyi müraciətində Prezident Aleksandr Lukaşenkoya 25 oktyabra qədər istefa etməsi üçün verdiyi vaxt ötən gün bitib. Belə ki, Tixanovskaya Lukaşenkonu istefa vermədiyi təqdirdə ölkədə ümumi tətil olacağı və etirazların artacağı ilə hədələmişdi. ONN media xəbər verir ki, Tixanovskayanın Lukaşenkonun istefası üçün verdiyi vaxt bitdikdən sonra minlərlə insan yenidən küçələrə axışıb. Nümayişçilər dövlət başçısının istefasını tələb ediblər. Belarusun “Viasna” İnsan Hüquqları Mərkəzinin açıqlamasına görə, ötən gün ərzində saxlanılanların sayı 128-ə çatıb və bu sayın artmaqda olduğu bildirilib.
Mərkəz bibər qazı və səs bombası istifadəsi zamanı bəzi şəxslərin yüngül yaralandığını və polisin sərt müdaxilə etdiyini və xəstəxanalardakı yaralı sayının müəyyənləşdirilməsinə dair işlərin davam etdiyini bildirib. Qeyd edək ki, Belarusda 9 avqustda Prezident seçkilərindən sonra başlayan hökumət əleyhinə etirazlar 11-ci həftədir ki, davam edir.Belarusda etirazlar yenidən başladı



Lukaşenko BU TARİXDƏ istefa verəcək?
Lukaşenko prezident seçkilərində səs verdi
Putinlə Lukaşenko telefonda danışdılar
Belarusda aksiyalar GƏRGİNLƏŞDİ: 250 nəfər HƏBS EDİLDİ
Lukaşenko Rusiyaya getdi - Putinlə KİRİTİK MÜZAKİRƏ
Fransada GƏRGİNLİK ARTDI: Minlərlə insan küçələrdə…
Minlərlə insan həbs olundu - Belarus etirazlarının nəticələri açıqlandı
Lukaşenko oğluna bu vəzifəni verdi
Ermənistanda ümummilli tətil elan edildi, minlərlə insan...
Daha bir ölkə Ermənistana nota verdi
Prezident İlham Əliyev Lukaşenkoya zəng etdi
Baş Naziri istefa verdi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 