Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobudcasına pozaraq Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından və raketlərdən atəşə tutmaqla yanaşı, ekoloji terror əməllərini də davam etdirir. Bu barədə ONN media -ya FHN-dən məlumat verilib. Belə ki, döyüş zonasından kənarda yerləşən Göygöl rayonunun ərazisi Ermənistan silahlı qüvvələrinin ağır artilleriya qurğularından atəşlərə məruz qalıb. Nəticədə, meşəlik ərazidə yanğın başlayıb. Yanğının söndürülməsi məqsədilə əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub. Hazırda yanğının geniş əraziyə yayılmaması və söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər davam etdirilir. Əlavə məlumat veriləcək. Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar Nazirliyin “112” qaynar telefon xətti”nə dərhal məlumat verilməsi xahiş olunur.
Ermənilər Göygölü atəşə tutdu - YANĞIN BAŞLADI



Daşkəsən meşəsindəki yanğın davam edir
Ermənistanın Daşkəsənə atdığı mərmilərin törətdiyi yanğından SON XƏBƏR
Düşmənin atdığı mərmi yanğına səbəb oldu
Ermənistanın təxribatı davam edir: Yanğınlar baş verdi - FHN
Ermənilərin atdığı mərmilər yanğınlara səbəb oldu
Düşmənin atdığı mərmilər mülki obyektlərdə yanğınlar törətdi
Ermənistan silahlı qüvvələrinin atdığı mərmilər yanğınlara səbəb olub
Ermənilər yanğınlar törədib
Ermənilər Daşkəsəni atəşə tutub - Meşəlik ərazidə YANĞIN BAŞLADI
Ermənilərdən daha bir təxribat: Mülki obyektlər yandı
Ölənlərin arasında FHN-in əməkdaşı da var
Ermənilər FHN-in əməkdaşını vurdu - VƏZİYYƏTİ...
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 