Ermənistan silahlı qüvvələrinin raket və artilleriya atəşləri mülki obyektlərdə yanğınlara səbəb olub Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobudcasına pozaraq Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından və raketlərdən atəşə tutaraq mülki obyektlərdə dağıntı və yanğınlar törətməkdə davam edir. ONN media Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan ordusunun atdığı mərmi Tərtər rayonunda yerləşən vətəndaşa məxsus fərdi yaşayış evinin bir hissəsinin yanmasına səbəb olub. Əraziyə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən evin qalan hissəsi yanğından mühafizə olunub. Bundan başqa, mərmi düşməsi nəticəsində Ağdam rayonunda ayrı-ayrı vətəndaşlara məxsus iki ünvanda fərdi yaşayış evi və bir ünvanda təsərrüfat obyektində yanğın baş verib. Yanğınsöndürmə qüvvələri tərəfindən yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar Nazirliyin “112” qaynar telefon xətti”nə dərhal məlumat verilməsi xahiş olunur.
Ermənilərin atdığı mərmilər yanğınlara səbəb oldu



Düşmənin atdığı mərmilər mülki obyektlərdə yanğınlar törətdi
Düşmənin atdığı mərmi yanğına səbəb oldu
Ermənistan silahlı qüvvələrinin atdığı mərmilər yanğınlara səbəb olub
Ermənistanın təxribatı davam edir: Yanğınlar baş verdi - FHN
Ermənilərdən daha bir təxribat: Mülki obyektlər yandı
Ermənilər yanğınlar törədib
Ağdam və Tərtərə FHN-in qüvvələri CƏLB EDİLDİ
Ermənilər Göygölü atəşə tutdu - YANĞIN BAŞLADI
Ermənistanın Daşkəsənə atdığı mərmilərin törətdiyi yanğından SON XƏBƏR
Ermənilər FHN-in əməkdaşını vurdu - VƏZİYYƏTİ...
Ölənlərin arasında FHN-in əməkdaşı da var
Daşkəsən meşəsindəki yanğın davam edir
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 