Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobudcasına pozaraq Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından və raketlərdən atəşə tutaraq mülki obyektlərdə dağıntı və yanğınlar törətməkdə davam edib. Bu barədə ONN media -ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Belə ki, Ermənistan ordusunun atdığı mərmi Tərtər rayonunda yerləşən məktəb binasında yanğına səbəb olub. Yanğın nəticəsində sinif otağının bir hissəsi yanıb. Məktəbin qalan hissəsi əraziyə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən yanğından mühafizə olunub. Bundan başqa, Tərtər rayonunda fərdi yaşayış evinə mərmi düşməsi nəticəsində yanğın baş verməsi barədə məlumat daxil olub. Lakin ərazi düşmən tərəfindən davamlı atəş altında saxlanıldığından yanğına müdaxilə edilməsi mümkün olmayıb. Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar Nazirliyin “112” qaynar telefon xətti”nə dərhal məlumat verilməsi xahiş olunur.
Ermənistanın təxribatı davam edir: Yanğınlar baş verdi - FHN



Ermənilərin atdığı mərmilər yanğınlara səbəb oldu
Ermənistan silahlı qüvvələrinin atdığı mərmilər yanğınlara səbəb olub
Düşmənin atdığı mərmi yanğına səbəb oldu
Düşmənin atdığı mərmilər mülki obyektlərdə yanğınlar törətdi
Ermənilərdən daha bir təxribat: Mülki obyektlər yandı
Ermənilər yanğınlar törədib
Ermənistanın Daşkəsənə atdığı mərmilərin törətdiyi yanğından SON XƏBƏR
Ermənilər Göygölü atəşə tutdu - YANĞIN BAŞLADI
Daşkəsən meşəsindəki yanğın davam edir
Ermənilər FHN-in əməkdaşını vurdu - VƏZİYYƏTİ...
Ölənlərin arasında FHN-in əməkdaşı da var
Ağdam və Tərtərə FHN-in qüvvələri CƏLB EDİLDİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 