Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobudcasına pozaraq Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından və raketlərdən atəşə tutaraq mülki obyektlərdə dağıntı və yanğınlar törətməkdə davam edib. ONN media xəbər verir ki, Ermənistan ordusunun atdığı mərmi Tərtər rayonunda vətəndaşa məxsus fərdi yaşayış evində yanğına səbəb olub. Əraziyə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) müvafiq qüvvələri tərəfindən yanğın söndürülərək yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb. Tərtər rayonunda vətəndaşa məxsus fərdi yaşayış evinə düşən mərmi yanğın törədib. Lakin ərazi intensiv atəş altında saxlanıldığından yanğına müdaxilə edilməsi mümkün olmayıb. Ermənistan silahlı qüvvələrinin Daşkəsən rayonuna atdığı mərmi meşə ərazisində kol-kosun alovlanmasına səbəb olub. Yanğınsöndürmə qüvvələri yanğını söndürərək ətraf əraziyə yayılmasının qarşısını alıb. Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar Nazirliyin “112” qaynar telefon xətti”nə dərhal məlumat verilməsi xahiş olunur.
Ermənistan silahlı qüvvələrinin atdığı mərmilər yanğınlara səbəb olub



Düşmənin atdığı mərmi yanğına səbəb oldu
Düşmənin atdığı mərmilər mülki obyektlərdə yanğınlar törətdi
Ermənilərdən daha bir təxribat: Mülki obyektlər yandı
Ermənilərin atdığı mərmilər yanğınlara səbəb oldu
Ermənistanın təxribatı davam edir: Yanğınlar baş verdi - FHN
Ermənilər yanğınlar törədib
Ermənistanın Daşkəsənə atdığı mərmilərin törətdiyi yanğından SON XƏBƏR
Ermənilər Göygölü atəşə tutdu - YANĞIN BAŞLADI
Daşkəsən meşəsindəki yanğın davam edir
Ağdam və Tərtərə FHN-in qüvvələri CƏLB EDİLDİ
Ermənilər FHN-in əməkdaşını vurdu - VƏZİYYƏTİ...
Ölənlərin arasında FHN-in əməkdaşı da var
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 