ONN media xəbər verir ki, Azərbaycan və BƏƏ-nin milli aviadaşıyıcıları - AZAL və “Etihad Airways” arasında razılaşmaya əsasən Əbu-Dabi (AUH) – Bakı (GYD) – Əbu-Dabi (AUH) marşrutu üzrə birgə reyslərin ilk dəfə yerinə yetirilməsinə başlanılıb.
“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən verilən məlumata görə, uçuşlar hər həftə - çərşənbə, cümə və şənbə günləri “Airbus A320” təyyarəsi ilə yerinə yetiriləcək.
İlk reys “EY297” martın 2-də göyərtəsində “Etihad Airways” aviaşirkətinin rəhbər heyəti, diplomatlar, KİV təmsilçiləri və digərlərinin də daxil olduğu xüsusi nümayəndə heyəti ilə Əbu-Dabidən uçub. Heydər Əliyev Beynəlxalq Aeroportuna enən təyyarə ənənəvi "su arkası" ilə qarşılanmış, pilot kabinəsindən Azərbaycan və BƏƏ-nin bayraqları dalğalanmışdır.
Elə həmin gün AZAL QSC-nin Prezidenti Cahangir Əsgərov və “Etihad Airways” aviaşirkətinin Baş İcraçı Direktoru Piter Baumqartnerin görüşü keçirilmişdir. Görüşdə Azərbaycan və BƏƏ-nin milli aviadaşıyıcılarının əməkdaşlıq səviyyəsindən məmnunluq ifadə olunmuşdur.
Cahangir Əsgərov qeyd etmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin daimi diqqət və qayğısı sayəsində Azərbaycanın mülki aviasiyası sürətlə inkişaf edir. Son illərdə mülki aviasiyanın maddi-texniki bazasının gücləndirilməsi və onun müasir səviyyəyə çatdırılması istiqamətindəki işlər ardıcıl və sistemli xarakter daşıyır.
“AZAL və “Etihad Airways” mülki aviasiya sahəsində köhnə tərəfdaşlardır. Azərbaycan və BƏƏ-ni müntəzəm sərnişin daşımaları əlaqələndirir, aviaşirkətlər arasında birgə reyslərin açılması isə Azərbaycan vətəndaşlarına uçuşların coğrafiyasını daha da genişləndirməyə imkan verəcək, əlavə turist axını cəlb edəcək və işgüzar səfərlər üçün daha çox imkanlar yaradacaq”, - deyə AZAL QSC-nin Prezidenti bildirmişdir.
Piter Baumqartnerin sözlərinə görə, yeni reys BƏƏ-dən sərnişin axınının daha da artmasına və iki ölkə arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsinə səbəb olacaq. “Əbu-Dabi və Bakını birləşdirən müntəzəm reyslərin açılmasına çox şadıq. 2015-ci ildə Azərbaycan tərəfindən BƏƏ vətəndaşları üçün sadələşdirilmiş viza alınması proqramı ölkəyə olan marağı əhəmiyyətli dərəcədə stimullaşdırdı ki, bu da yüksək turist axını artımına səbəb oldu”, - “Etihad Airways” aviaşirkətinin Baş İcraçı Direktoru qeyd etmişdir.(APA)



Tbilisə getmək istəyənlərə ŞAD XƏBƏR - AZAL bu tarixdən...
Azərbaycanla bu ölkə arasında yeni aviareys açılır
“Buta Airways” Odessa və Xarkova aviareyslər yerinə yetirəcək
AZAL-dan Rusiyaya uçan təyyarə ilə bağlı açıqlama
AZAL Bakı-Tbilisi-Bakı marşrutu üzrə uçuşları bərpa edir
“Buta Airways” aviaşirkətinin donanmasına yeni təyyarə əlavə olunub - FOTOLAR
Bu ölkələrə getmək istəyənlərin NƏZƏRİNƏ
Naxçıvana uçan təyyarə tufana görə geri qayıtdı
“Buta Airways” Rusiyaya daha bir yeni istiqamət açır
Bakı-İstanbul təyyarəsi təcili eniş etdi
“Buta Airways” donanmasına daha bir yeni “Embraer E-190” təyyarəsi əlavə etdi
AZAL Naxçıvandan Gəncəyə uçuşlara başlayır
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 