Rusiyada, eləcə də bir sıra Avropa ölkələrində əhali arasında kəskin respirator virus infeksiyaları və qripin yayılmasının qarşısını almaq üçün payız-qış mövsümü ərəfəsində insanlar qripə qarşı pulsuz peyvənd edilirlər. Qonşu Gürcüstanda isə əhalinin risk qrupuna daxil olan müəyyən təbəqəsi - 18 yaşadək uşaqlar, xroniki xəstələr, sığınacaqlarda yaşayan yaşlı insanlar qripə qarşı pulsuz peyvənd olunur.
ONN media Trend-ə istinadlaxəbər verir ki, bunu Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Hava-damcı infeksiyaları bölməsinin həkim-epidemioloqu Nəzmiyyə Brumendfard deyib.
Onun sözlərinə görə, Azərbaycanda qripə qarşı epidemioloji vəziyyət icazə verilən həddi keçmədiyi üçün qripə qarşı peyvəndin milli peyvənd təqviminə daxil edilməsi (milli peyvənd təqviminə daxil olan peyvəndlər məcburi qaydada və pulsuz həyata keçirilir) məqsədəuyğun sayılmır.
Onun sözlərinə görə, qrip virusunun antigen quruluşu çox dəyişkən olduğu üçün bir virusa qarşı peyvənd vurduran şəxs qripin digər tipinə yoluxa bilər.
N.Brumendfard qeyd edib ki, ölkə ərazisində dövr edən virusla bağlı vəziyyəti nəzarətdə saxlamaq üçün hər il kəşfiyyat xarakterli epidemioloji nəzarət tədbirləri aparılır. Bu il belə tədbirlərə oktyabrın 5-dən başlanılıb:
“Bütün yuxarı tənəffüs yollarının infeksiyaları ilə müraciət edən xəstələrin yuxarı tənəffüs yollarından yaxma götürülür və Respublika Taun Əleyhinə Stansiyada analiz edilir. Bu iş ölkədə nəzarət altındadır”.
RGEM-in direktor müavini Afaq Əliyeva isə bir müddət əvvəl Trend-ə bildirmişdi ki, Azərbaycana qripə qarşı vaksinlər dövlət tərəfindən deyil, özəl şirkətlər vasitəsilə gətirilir. Ölkədə qripə qarşı vaksinasiya tədbirləri də özəl müəssisələr tərəfindən həyata keçirilir.
O, bunu da əlavə etmişdi ki, Azərbaycanda apteklərdə vaksinlərin satılmasına icazə verilmir:
"Apteklərdə vaksinlər satılmır. Çünki vaksinlərin xüsusi saxlanılma qaydaları var, "soyuq zəncir" prinsiplərinə riayət olunmalıdır. Vaksinlər istehsalçıdan peyvənd olunan şəxsə qədər yalnız soyuducu rejimi gözləmək şərtilə saxlanılmalıdır. Peyvənd yalnız tibb müəssisələrində vurulmalıdır. Onlar "soyuq zəncir" rejiminə riayət edilmək şərtilə həmin müəssisələrə çatdırılır".



Qriplə bağlı Səhiyyə Nazirliyindən AÇIQLAMA
Azərbaycanda təhlükəli qrip var?
Azərbaycanda qripə qarşı vaksinasiya prosesi başladı
Gələn il heç kəs qripə yoluxmayacaq?
Vaksinlə bağlı əhaliyə çağırış
Azərbaycanda yeni virus aşkarlandı?- Rəsmi
Hamilə qadın qripdən ÖLDÜ
Səhiyyə Nazirliyindən qızılca ilə bağlı AÇIQLAMA
Koronavirus peyvəndi pulsuz olacaq - Mer
Böyüklərin qızılcaya qarşı peyvəndinə başlanacaq
Bu peyvənd koronavirusa yoluxma riskini AZALDIR
Qripə görə məktəblər bağlandı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 