Erməni vandalizmi nəticəsində işğal edilən əraziləmizin böyü bir hissəsi uğurlu hərbi əməliyyatlar nəticəsində azad olundu. Artıq Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan şəhərləri və onların qəsəbə və kəndləri işğaldan azad olunub. ONN media xəbər verir ki, bu sözləri Milli Məclisin sədri Sahibə Qafarova parlamentdə çıxışı zamanı deyib. Spiker əlavə edib ki, Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü təmin etmək üçün iş aparır: “Qırx gündən artıqdır ki, hərbi əməliyyatlar gedir. Ermənilərin son 30 ildə yaratdığı cəbhə xətti darmadağın edilib, düşmənin hava hücumundan müdafiə sistemləri sıraadan çıxarılıb”. Milli Məclisin sədri Azərbaycanın ciddi diplomatik uğurlar əldə etdiyini vurğulayıb. Xatırladıb ki, məhz bu fəaliyyətin nəticəsində Ermənistan pis vəziyyətə düşüb. Spiker qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünü və süverenliyini təmin edəcək gün uzaqda deyil: “Tezliklə Şuşa şəhərində, həmçinin Xankəndində, Laçında Azərbaycan bayrağı qaldırılacaq. Prezidentin yorulmaz fəaliyyəti hər bir kəsə - biz deputatlara da nümunədir. Ali Baş Komandan dediyi kimi biz haqq yolundayıq, qalib gələcəyik, haqq uğrunda mübarizə aparırıq. Yaşasın Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!”
Tezliklə Şuşa, Xankəndi və Laçında... - Sahibə Qafarova



Ürəyimiz Azərbaycan əsgərləri ilə döyünür - Spiker
Sahibə Qafarova Fransa Senatının sədrinə cavab verdi
Milli Məclisinin Şuşada keçiriləcək komitə iclaslarının qrafiki təsdiq edilib
Müavinlər də seçildi
Sahibə Qafarova Akarla görüşdü
"Zəngəzur lahiyəsi uğurla başa çatacaq" - Qafarova
Sahibə Qafarova Zurabişvili ilə görüşdü
Sahibə Qafarova litvalı həmkarı ilə görüşüb
Deputatları kövrəldən çıxış
Azərbaycan Prezidenti MDB PA-nın üzvlərinə müraciət edib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 