“Bir anını belə heç vaxt unutmayacağımız inanılmaz 43 gün yaşadıq. Şanlı Ordumuz sözün əsl mənasında qəhrəmanlıq səlnaməsi yazdı. Millət olaraq bir öldük, min dirildik! Üzərimizdən böyük bir ləkə silindi! Bu ucalığı, bu şərəfi, bu qüruru bizə yaşadan Şəhid və Qazilərimizə, qəhrəman əsgər və zabitlərimizə və təbii ki, bütün bu zəfərlərin memarı olan Ali Baş Komandanımıza əbədi minnət borcumuz var”. Bunları Milli Məclisin komitə sədri, YAP-çı deputat Sadiq Qurbanov İkinci Qarabağ Müharibəsindəki böyük qələbəmiz haqda danışarkən deyib. Deputat açıqlamasında əminliklə vurğulayıb ki, 10 noyabrda Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladıqları razılaşdırma sənədi Azərbaycanın böyük qələbəsinin təsdiqidir. “Biz ölkəmizin ərazi bütövlüyünü təmin etdik. 30 ilə yaxındır bəlli səbəblərdən bizə meydan oxuyan düşmən qarşımızda diz çökdü! İşğal altındakı torpaqların təxminən yarısını cəmi 40 gün ərzində Azərbaycan Ordusu azad etdi. Şuşada Azərbaycan bayrağı dalğalanır! Torpaqlarımızın qalan hissəsindən də düşmən hazırda çəkilməkdədir. Milyonlarla vətəndaşımız Böyük Qayıdışın həyəcanını yaşayır. Uzun illərdən sonra millətimiz ilk dəfə olaraq Şəhidlər Xiyabanına başı dik axın edir!... Bu qədər möhtəşəm uğurları eyni vaxtda bizə bəxş edən Tanrımıza, Prezidentimizə və Əsgərimizə necə minnətdar olmayaq?!”, - deputat əlavə edir. S.Qurbanov imzalanmış üçtərəfli bəyanatda bəzi prinsipial məsələlərə toxunulmamasına görə məyus olan vətəndaşlarımızı əmin edir ki, hər bir məsələ Azərbaycan Prezidenti tərəfindən ölçülüb-biçilib, narahatlığa heç bir əsas yoxdur. “Əsas odur ki, bu sənəd Azərbaycanın ərazi bütövlüyünü təmin edir. Bir sıra texniki məsələlərin həlli isə artıq təfərrüatdır. Təsadüfi deyil ki, həm Prezident İlham Əliyev, həm də qardaş Türkiyə dövlətinin rəhbərləri imzalanmış sənədi Azərbaycanın qəti qələbəsi, Ermənistanın təslim olması kimi qiymətləndirdilər. Bundan sonra narahatlığı bir kənara buraxıb, bəzi məsələlərin aydınlaşmasını zamanın ixtiyarına buraxmaq ən doğrusu olar. Təmkinimizi və birliyimizi pozmamalıyıq. Biz yumruq kimi birləşmişik! Biz torpaqlarımıza qayıdırıq! Biz Naxçıvana dəhliz əldə edirik! Biz Kəlbəcərə, “İstisu” bulağına gedəcəyik! Biz Şərurdan öz maşınımızla Şuşaya gəlib, Cıdır düzündə yallı gedəcəyik! Daha nə olsun?!...”
İNANILMAZ 43 GÜN YAŞADIQ...” – “Şuşada yallı gedəcəyik, daha nə olsun?...”



Sadiq Qurbanov Türkiyəli həmkərlarına təşəkkür etdi
"Üzərinizə böyük məsuliyyət düşür..." - Deputat YAP-ın yeni təşkilat sədrlərinə müraciət etdi
Parlamentin komitə sədrləri xidməti avtomobillərlə təmin edildi
Sadiq Qurbanov: “Nə yaxşı ki, Türkiyədə çevriliş cəhdi baş tutmadı”
Milli Məclisin komitə sədri şəhid ailələri ilə görüşüb
YAP-çı deputatdan mediaya dəstək: Fikir və söz azadlığı bizə Ümummilli Liderdən miras qalmış sərvətdir
Xalq tərəfindən göstərilən etimad böyük qələbəmizi yaxınlaşdırır - Sadiq Qurbanov
Bütün gücümüzü Zəngəzura həsr etməliyik – Millət vəkili
Azərbaycanın dini məbədlərində şəhidlərin ruhuna dualar oxunur
Qənirə Paşayeva Ramil Səfərovla görüşdü
“Bu, dövlət, ordu və prezidentlə həmrəylik nümayişi idi” – “Generalımızın qisası artıqlamasilə alınır”
9 minə yaxın məhkum azadlığa buraxılıb - RƏSMİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 