"30 ilə yaxın səbir nümayiş etdirən xalq öz məsələsini özü həll edir, Azərbaycan rahat şəkildə Vətən müharibəsini davam etdirərək, qısa zamanda bütün ərazilərimizi işğaldan azad edəcək. Həm savaş meydanında, həm də diplomatik alanda sarsıdıcı, öldürücü çarpaz zərbələrlə qarşılaşan işğalçı ölkə panik duruma düşüb. Əslində, Şanlı Ordumuz bu yaramazlara insanlığa düşmən olmağın, azərbaycanlılara qarşı etnik təmizləmə aparmaq, soyqırımı törətmək, vətəndaşlarımızı doğma torpaqdan didərgin salmağın, əxlaqa, qanuna, beynəlxalq hüquqa tüpürməyin bədəlini ödətdirir. “Güclü erməni diasporu”, “məğlubolunmaz erməni ordusu” kimi miflərdən ayılmalı, haqq yolunda vuruşan güclü Azərbaycan ordusunun qarşısında diz çökməli və məğlubiyyətlə barışmalıdır". ONN media xəbər verir ki, bu sözləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri millət vəkili Sadiq Qurbanov deyib. "Eyni zamanda, bu gün Azərbaycan ordusu BMT TŞ-nın, o cümlədən də beynəlxalq təşkilatların deqretasiyaya uğramış mənəvi dəyərlərini, itirilmiş nüfuzunu özünə qaytarır, azərbaycanlı mental təfəkkür dili ilə ifadə etsək, namusunu təmizləyir. Məsələn 27 il bundan əvvəl-1993-cü il noyabrın 12-də qəbul edilən Zəngilan rayonunun işğaldan azad edilməsi ilə bağlı 884 saylı qətnamənin icrasını ordumuz layiqincə yerinə yetirdi. Hazırda qalan digər 3 qətnaməsinin həyata keçirilməsi ilə məşğuldur. Azərbaycan dövləti əlindən gələni edir ki, Azərbaycan vətəndaşları işğal olunmuş və azad edilmiş torpaqlara qayıtsın, rahat və əmin-amanlıq şəraitində yaşasın. Xalqın Ali Baş Komandana olan inamı dövlət siyasətinin gücünü artırır və daha səmərəli edir. Xalq tərəfindən göstərilən etimad böyük qələbəmizi yaxınlaşdırır" - deyə vurğulayıb.
Xalq tərəfindən göstərilən etimad böyük qələbəmizi yaxınlaşdırır - Sadiq Qurbanov



Sadiq Qurbanov Türkiyəli həmkərlarına təşəkkür etdi
Deputat Sadiq Qurbanov ETSN işçilərini təbrik edib
Bu deputatlara maşın verilir - Siyahı
“Yaşıl iqtisadiyyat”ın inkişafı əsas prioritetlərdəndir - Qurbanov
Milli Məclisin komitə sədri şəhid ailələri ilə görüşüb
MM-in komitələrinə sədrlər seçildi - Sürpriz adlar
“44 günlük müharibə zamanı çox məsələlər aydınlaşdı” - Sadiq Qurbanov
Parlamentin komitə sədrləri xidməti avtomobillərlə təmin edildi
“YAP-ın QOCAMAN QURUCULARIYLA DANIŞDIM...” – Sadiq Qurbanov
Bu, Azərbaycanın ekologiyasına ziyan vurur - Sadiq Qurbanov
Sadiq Qurbanov: “Nə yaxşı ki, Türkiyədə çevriliş cəhdi baş tutmadı”
Sadiq Qurbanov məzunları TƏBRİK ETDİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 