Ekologiya və Təbii Sərvətlər Nazirliyi əhalini sellofan torbalardan və birdəfəlik plastik qablardan imtina etməyə çağırıb. Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova ONN media -ya bildirib ki, məişət həyatımıza daha sağlam yanaşma sellofan adlandırdığımız qablaşdırıcı vasitələrdən və birdəfəlik plastik qablardan imtinadan keçir: “Sellofan və plastiklərin həyatımıza, təbiətimizə nə qədər zərərli olması barədə artıq bir neçə ildir ki, təbliğat aparılır və ona görə də bunun fəsadları hamımıza bəllidir.Tullantı yerlərində, çay və göl kənarlarında, təbiətdə sellofanların havada uçmasından, xoşagəlməz mənzərə yaratmasından hamımız şikayətlənirik, amma bunların bizim evimizdən, gündəlik məişətimizdən gəldiyinin bəzən fərqinə varmırıq. Yəqin ona görə ki, məişət tələbatımızı ödəmək üçün üz tutduğumuz mağazaların hamısı bizə alacaqlarımızı plastik və sellofanlarda təklif edir, pulsuzdur deyə, biz də bu ziyanlığı evimizə, oradan da təbiətə daşıyırıq”. İ. İbrahimova qeyd edib ki, vətəndaşlar sağlamlıqlarını və təbiəti qorumaq naminə birdəfəlik plastiklərdən, el arasında "pinqvin" adlandırılan sellofan torbalardan imtina etməyə başlamalıdırlar: "Bu prosesi qadınlar başlasa, təsir gücü daha artıq olar. Cəmiyyəti bu yöndə arxamızca aparacığımıza əminəm. Mağazalardan evə sellofan və plastik gətirməsək, bu vərdişi tərgitsək, daha düzgün olar".
ETSN əhalini sellofan torbalardan imtina etməyə çağırıb



Marketlərdə polietilen torbaların pulla satılmasının tərəfdarıyıq - Nazirlik
Bunu edənlər 5 min manat cərimələnəcək
Plastik qablardan istifadə edənlər bu məbləğə qədər cərimə olunacaq
Plastik qablardan istifadə QADAĞAN EDİLDİ - 1300 MANAT CƏRİMƏ
Nazirlik məişət tullantılarını yandıranlara qarşı reydlərə başladı
Növbəti SƏRT QƏRAR: Yeni ildən pullu olacaq - VİDEO
Daha bir ölkə plastik paketlərdən imtina etdi
Azərbaycanda polietilen torbaların satışı - QADAĞAN EDİLİR
Estoniyada plastik tullantılardan yol çəkildi
Azərbaycanda plastik paketlər pullu olacaq
Ölkədə plastik məhsullar qadağan olunur
Ekologiya və Təbii Sərvətlər Nazirliyi AEBA-nın iclasında iştirak etdi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 