Plastik qablaşdırma tullantıları, xüsusən də polietilen torbalar ətraf mühiti çirkləndirən əsas faktorlardan biridir. Bu günədək istehsal olunan plastik qablaşdırma məhsullarının 50%-i son 20-25 il ərzində istehsal olunub. Bu sahədə vəziyyəti mürəkkəbləşdirən amillərdən biri də plastik tullantıların təbiətdə 100 illər ərzində parçalanmadan ilbəil miqdarının artmasıdır. Araşdırmalar göstərir ki, bu tullantılar düzgün idarə olunmadığından ətraf mühiti və sututarları çirkləndirir. Eyni zamanda, kənd təsərrüfatı torpaqlarının dərin qatlarına keçərək bitkilərin normal inkişafına və bununla da məhsuldarlığın aşağı düşməsinə səbəb olur. Digər tərəfdən, bu tullantılar yanan zaman əmələ gələn toksiki tüstü atmosfer havasını zəhərləyir.
ONN media xəbər verir ki, bunu Report-a müsahibəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ekoloji marifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva deyib.
U.Tağıyeva bildirib ki, Azərbaycanda isə Dövlət Statistika Komitəsinin məlumatları əsasında aparılmış təhlilə görə, adambaşına ildə 24 kq plastik tullantı əmələ gəlir.
“Azərbaycanda Statistika Komitəsinin və Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2009-cu ilə görə plastik torbaların ölkədə istehsalı 2 dəfəyə qədər, bu məhsulların ölkəyə idxalı isə 5 dəfəyə qədər artıb”.
Nazirlik rəsmisi həmçinin bildirib ki, ETSN gələn ildən başlayaraq ticarətdə plastik torbaların ödənişli olması ilə bağlı müvafiq işlər görür və yaxın zamanda ölkədə birdəfəlik istifadə olan 20 mikrona qədər plastik torbaların istifadəsinin qadağan olunması nəzərdə tutulur.
Düşünürük ki, bu addımlar problemin həlli istiqamətində irəliləyişin əldə olunmasına, atmosfer havasının əlavə çirklənməməsinə və insan səhhəti üçün yarana biləcək fəsadların azaldılmasına gətirəcək. Hər bir insanın təmiz ətraf mühitdə yaşamaq hüququ varsa, deməli heç bir insanın da bu ətraf mühiti çirkləndirmək hüququ yoxdur.



Növbəti SƏRT QƏRAR: Yeni ildən pullu olacaq - VİDEO
Marketlərdə polietilen torbaların pulla satılmasının tərəfdarıyıq - Nazirlik
Plastik torbaların ödənişli olmasının səbəbi nədir?
Sorğu: Əhalinin 90 faizi bu məsələyə razıdır
Bu ölkə plastik paketlərdən imtina edir
Bu gündən Azərbaycanda bəzi məhsulların satışı qadağandır
Britaniya Azərbaycanın bu qərarını alqışladı
Bu polietilen torbalar alıcılara pulla satılacaq - Baş nazirdən QƏRAR
Daha bir ölkə plastik paketlərdən imtina etdi
Ölkə başçısından plastik qablarla bağlı SƏRƏNCAM
Azərbaycanda polietilen torbaların satışı - QADAĞAN EDİLİR
Estoniyada plastik tullantılardan yol çəkildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 