Mən bu qətnamə təklifini qəbul etmirəm. Bu təklif tarixi, siyasi və diplomatik baxımdan aydın deyil. Düşünürəm ki, bu, yalnız erməni lobbisinin məmnunluğu üçündür və heç bir əhəmiyyəti yoxdur. ONN media xəbər verir ki, bunu Fransa Senatının üzvü Natali Qule deyib. O bildirib ki, Fransa Minsk qrupunun həmsədri kimi neytral olmalıdır, lakin Ermənistanın tərəfini tutur: “Bu, yolverilməzdir. Əsas təəccüb doğuran məqamlardan biri də Azərbaycana aid olan qətnamədə Türkiyəyə qarşı da hücumların olmasıdır”. Senatın üzvü qeyd edib ki, bu ədalətsiz qətnamənin heç bir nəticəsi olmayacaq. Fransa mövcud olmayan bir “respublika”nı tanımayacaq. Heç Ermənistanın özü bu qondarma “respublika”nı tanımayıb. Natali Qule bildirib ki, qətnamənin qəbul olunmasının digər səbəblərindən biri də bəzi senatorların çoxsaylı erməni elektoratının olmasıdır: “Qətnamənin lehinə səs verən senatorların çoxu Qarabağı xəritədə göstərə bilməzlər, çünki onlar heç bilmirlər o haradadır. BMT-nin qətnamələrində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərini tərk etməsi tələb olunurdu, lakin heç kim tərpənmirdi. Otuz il davam edən münaqişəyə etinasız olan, onunla maraqlanmayan siyasətçilər Rusiyanın iştirakı ilə atəşkəsə nail olunandan sonra sanki “qəflət yuxusundan ayıldılar”. /axar.az/
Fransa Senatında Bakıya dəstək olan yeganə senator DANIŞDI



Fransa Senatının üzvü Azərbaycana səfər edəcək
Bu qərar Azərbaycan və Türkiyəyə qarşı düşmənçilikdir - Hulusi Kılıç
Azərbaycan XİN: "Qətnamə Fransanın bitərəfliliyini ciddi şübhə altına alır"
Fransanın diplomatı XİN-ə çağırıldı
8 senator Qarabağla bağlı qətnaməyə verdikləri səsi GERİ GÖTÜRDÜ
"Fransa Azərbaycanı bir müstəqil tərəfdaş kimi qəbul edir" — Politoloq
Azərbaycan XİN Fransa Senatının qətnaməsinə sərt reaksiya verdi
Akardan Fransaya ŞİLLƏ KİMİ REAKSİYA: indi bəlli oldu ki...
Azərbaycanın Fransadakı səfiri geri çağırılacaq?
Hacıyev: "Bu qətnamə Azərbaycan üçün adi kağız parçasından başqa bir şey deyil"
Fransa açıq-aşkar ermənipərəst siyasət yürüdür - Prezidentin köməkçisi
Türkiyədən SƏRT BƏYANAT
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 