İşğal altında olmuş həm respublika, həm də yerli əhəmiyyətli bütün yollar (2661 kilometr) tam təmir olunacaq və tikiləcək. ONN media xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib. Onun sözlərinə görə, Ağdam istiqamətində heç bir yol-tikinti işi aparılmır, yalnız Ağdama aparan yolun bir hissəsi təmir edilib. O əlavə edib ki, indi işğaldan azad edilmiş bəzi rayonlarda yol infrastrukturunun bərpası üzrə layihələr hazırlanır: “Bu gün Azərbaycan Prezidentinin tapşırığına əsasən, agentliyimiz Suqovuşana, Suqovuşandan Talış kəndinədək yolun, eləcə də Füzuli-Şuşa yolunun tikintisi ilə məşğuldur”. Mətbuat xidmətinin rəhbəri azad edilmiş ərazilərə aparan R19, R29, R33 respublika əhəmiyyətli yolları xüsusi qeyd edib: “Gəncədən Kəlbəcər və Laçına R19 yolu çəkiləcək. R29 yolu Bərdədən Tərtərə, Tərtərdən Kəlbəcərə aparacaq. Daha bir yol, R33 Ağcabədidən başlayır və Hindarx-Ağdam marşrutu ilə davam edir”. A. Nəcəfli bildirib ki, Hacıqabul-Bəhramtəpə-Horadiz-Mincivan-Ermənistan sərhədi yolunun tikintisi nəzərdə tutulur. Hazırda Agentlik Horadiz-Mincivan-Ermənistan sərhədi hissəsi ilə bağlı plan hazırlayır və bu plan digər dövlət strukturları ilə razılaşdırılmalıdır. O əlavə edib ki, bu yol vasitəsilə Cəbrayıl, Qubadlı və Laçın rayonlarına da getmək mümkün olacaq.(trend)
Gəncədən Kəlbəcər və Laçına yol çəkiləcək? – RƏSMİ AÇIQLAMA



İsa bulağına yeni avtomobil yolu çəkiləcək
Qarabağda yol tikintisi ilə bağlı RƏSMİ AÇIQLAMA
Qarabağda bu istiqamələrdə yeni yollar çəkiləcək
Suqovuşan və Talış kəndlərinə gedən yolların bərpasına başlandı
Tərtər-Suqovuşan yoluna bu şəhərdən də giriş olacaq
Bakıdan Naxçıvana yeni avtomobil yolu çəkiləcək?
Şuşaya gedən yol BU TARİXDƏ AÇILACAQ
Zəfər yolunun istifadəyə veriləcəyi vaxt açıqlandı
Prezident və xanımı Füzulidə
Suqovuşana çəkilən yol minalardan təmizlənir
Bu tarixdən Kəlbəcər yolunun çəkilişinə başlanılacaq - AAYDA sədri
Kəlbəcərə yol çəkilişi BAŞLANDI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 