ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Bayden yeni administrasiyasında Cen Psakini Ağ Evin mətbuat katibi təyin etmək niyyətindədir. ONN media xəbər verir ki, bu barədə bazar günü demokratın rəsmi saytında yayımlanan məlumatda deyilir. C.Psaki 44-cü ABŞ prezidenti Barak Obamanın administrasiyasında Ağ Evin və Dövlət Departamentinin rəsmi nümayəndəsi olub. O, indi Baydenin keçid komandasının məsləhətçisidir. C.Psaki həmçinin Rusiya və Ukrayna ilə bağlı səs-küylü fikirləri ilə tanınır. C.Bayden eyni zamanda Keyt Bedinqfildi Ağ Evin kommunikasiya direktoru təyin etmək niyyətindədir. K.Bedinqfild demokratın seçki kampaniyasının menecerinin müavini vəzifəsini icra edirdi və eyni zamanda onun qərargahında kommunikasiya direktoru idi. Ağ Evin kommunikasiya direktoru ABŞ administrasiyasının bütün ictimai informasiya-təşviqat siyasətinə nəzarət edir. Karin Jan-Pyer Ağ Evin mətbuat katibinin birinci müavini olacaq. ABŞ-ın yeni seçilmiş vitse-prezidenti Kamala Harrisin rəsmi nümayəndələri isə Simona Sanders və Eşli Etyen olacaq. Əvvəllər Sanders və Jan-Pyer Baydenin seçki kampaniyasında baş məsləhətçi vəzifələrində çalışıblar. ABŞ-ın birinci xanımı Cill Baydenin mətbuatla əlaqələrinə Elizabet Aleksander cavabdeh olacaq.(report.az)
Bayden Ağ Evin mətbuat katibinin adını açıqladı



Bayden Makronla danışdı
Ağ Ev AÇIQLADI: Bayden çalışacaq ki, İran...
Bayden Zelenskini qəbul edəcək - BU TARİXDƏ
Bayden Ukrayna ilə bağlı təcili iclas çağırır
Ömərova müraciət etdi, Bayden TƏSDİQLƏDİ
Baydenlə Zelenski arasında danışıqlar BAŞLADI
ABŞ-dan İran açıqlaması: Tramp olmasaydı…
ABŞ Türkiyəyə təşəkkür etdi
Bayden dövlət katibini Ukraynaya göndərir
ABŞ-da vaksin vurdurmayan məmurlara SƏRT XƏBƏRDARLIQ
Bayden Ukrayna ilə bağlı lend-liz qanununu İMZALADI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 