ABŞ prezidenti Co Bayden Kiyevə hərbi yardımın göstərilməsini sadələşdirmək məqsədilə bazar ertəsi Ukraynaya lend-liz əsasında silah tədarükü haqqında qanun imzalayıb.
Bu barədə Ağ Evin mətbuat katibinin köməkçisi Angela Peres öz "Twitter" səhifəsində məlumat verib.
"2022-ci ildə Ukraynanın Demokratiyasının Müdafiəsi üçün Kredit-İcarə Qanunu İmzalanıb", - məlumatda deyilir.
Peres Baydenin Ağ Evin Oval Ofisində sənəd imzaladığını əks etdirən fotoşəkili də sosial media hesabında paylaşıb.
Bu təşəbbüs Respublikaçı Con Korninin başçılıq etdiyi bir qrup senator tərəfindən yanvarın ortalarında elan edilib. Bu sənəd ABŞ prezidentinə Ukrayna hökuməti ilə müvəqqəti istifadə üçün hərbi texnika və əmlakın verilməsinə dair sazişlər bağlamaq üçün daha geniş səlahiyyətlər vermək və Ukraynadakı mülki insanları Rusiyanın işğalından qorumaq məqsədi daşıyır.
Qeyd edək ki, lend-liz ABŞ-ın İkinci Dünya müharibəsi zamanı müttəfiqlərə hərbi texnika və avadanlıqları icarəyə verdiyi və ya uzunmüddətli kreditlə təhvil verdiyi bir proqramdır. Lend-liz haqqında qanun 1941-ci ilin martından 1945-ci ilin avqustuna qədər qüvvədə olub. Ümumi məbləği 50 milyard dollardan çox olan materiallar ABŞ-ın müttəfiqlərinə köçürülüb.



Ukrayna yeni ordu yaratmağa hazırlaşır?
Baydendən Ukraynaya TARİXİ YARDIM
Lavrov Baydenin Ukraynaya səfərini "nağıl" adlandırdı
Zelenski Baydeni Kiyevə dəvət etdi
ABŞ niyə Ukraynaya yardım edir? - AÇIQLAMA
Bayden Ağ Evin mətbuat katibinin adını açıqladı
Bayden Makronla danışdı
Bayden oğlunun ölüm səbəbini açıqladı- SƏBƏB ABŞ-dır?
Bayden Kiyevə "əli dolu" gəlib
Bayden və Zelenski müzakirəyə başladı
Bayden Kiyevdən bəyanat verdi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 