ONN İnformasiya Agentliyi

Bayden Ukrayna ilə bağlı təcili iclas çağırır

Bayden Ukrayna ilə bağlı təcili iclas çağırır
20-02-2022, 11:42

ABŞ Prezidenti Co Bayden fevralın 20-də Ukraynadakı vəziyyətlə bağlı Milli Təhlükəsizlik Şurasının iclasını keçirəcək.

ONN media xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki məlumat verib.

Onun sözlərinə görə, Ağ Ev lideri Rusiyanın Ukraynanı işğal edəcəyindən narahatdır.

“Prezident Bayden Ukraynadakı hadisələri izləməyə davam edir, milli təhlükəsizlik komandası onu yerlərdəki hadisələrlə bağlı müntəzəm olaraq məlumatlandırır. O, Rusiyanın istənilən vaxt Ukraynaya hücum edə biləcəyini təsdiqləyib”, - Psaki bildirib.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png