Ağ Evin sözçüsü Cen Psaki Rusiya və ABŞ arasında məhbus mübadiləsinin bu ölkədə aparılmasına icazə verdiyi üçün Türkiyəyə minnətdarlığını bildirib.
ONN media xəbər verir ki, Psaki bu barədə jurnalistlərə açıqlamasında danışıb.
Həbsdə olan ABŞ vətəndaşı Trevor Ridin azad edilməsi üçün Rusiya ilə uzun müddətdir danışıqlar apardıqlarını deyən Ağ Evin sözçüsü son 24 saat ərzində həm ABŞ, həm də Rusiyadakı məhbusların Türkiyəyə aparıldığını açıqlayıb.
“Türkiyəyə öz ölkəsində mübadilənin baş tutmasına icazə verdiyi üçün çox minnətdarıq”, - Psaki bildirib.
Mübadilənin ABŞ vaxtı ilə səhərin erkən saatlarında edildiyini söyləyən Psaki Prezident Co Baydenin Ridin Türkiyədə Amerika rəsmiləri tərəfindən qəbul edilməsindən sonra açıqlama verdiyini xatırladıb.
Psaki deyib ki, Baydenin açıqlamasında qeyd etdiyi “çətin qərar” Ridin azad edilməsinin qarşılığında Rusiya vətəndaşı Konstantin Yaroşenko ilə bağlı imzaladığı xüsusi əfv fərmanı olub.
Bundan əlavə, Psaki ABŞ-ın cavab olaraq Rusiyaya başqa vədlər verib-vermədiyi sualına “yox” cavabını verib.
Bayden Rusiyada həbsdə olan ABŞ ordusunun keçmiş dənizçisi Trevor Ridin azad edildiyini və bu gün ölkəsinə dönəcəyini açıqlayıb. Bayden məhbus mübadiləsi çərçivəsində azad edilən Rusiya vətəndaşı Konstantin Yaroşenko ilə bağlı xüsusi əfv fərmanı verib.
ABŞ prezidentinin müşaviri Ceyk Sallivan da baş verənlərə görə Türkiyəyə təşəkkür edib: “Ridin sağ-salamat evinə dönməsində oynadığı rola görə Türkiyəyə minnətdarıq. Türk tərəfdaşlarımıza bu mühüm işdə göstərdikləri köməyə görə təşəkkür edirəm”.



Ağ Ev: Putin və Baydenin görüşündən dərhal sonra...
ABŞ Rusiya elitasına sanksiyalar hazırladı
ABŞ-dan İran açıqlaması: Tramp olmasaydı…
Ağ Evdən "Facebook" AÇIQLAMASI
Bayden Makronla danışdı
Bayden Ağ Evin mətbuat katibinin adını açıqladı
Yaroşenko: Amerikalılar məni geri qaytara bilərdi
ABŞ ÜST-ün təklifini rədd etdi
Bayden Zelenskini qəbul edəcək - BU TARİXDƏ
Bayden Ukrayna ilə bağlı təcili iclas çağırır
ABŞ-dan Rusiyanın sanksiyalarına münasibət
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 