Səhiyyə nazirinin müavini Elsevər Ağayev dövlət doğum müəssisələrində ayrı-ayrı şirkətlər tərəfindən valideynlərə yenidoğulanların qidalandırılması üçün süni uşaq qidalarının satılmasına münasibət bildirib. ONN media xəbər verir ki, E.Ağayev deyib ki, bəzi şirkətlər uşaq qidaları ilə bağlı düzgün təbliğat aparmırlar. Buna görə həkimlər də yeni doğulan uşaqların qidalanmasına diqqət etməlidirlər: "Səhiyyə Nazirliyi olaraq apardığımız siyasət ondan ibarətdir ki, uşaqların qidalandırılmasında ana südünə üstünlük verilsin. Uşaqların ana südü ilə qidalandırılması daim təbliğ olunur. Bu məsələdə Səhiyyə Nazirliyi ilə yanaşı, ictimaiyyət də iştirak etməlidir". Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı Azərbaycanda körpələrin ilk 6 ayda ana südü ilə qidalandırılma göstəricisinin 12-14 faiz olduğunu bildirib. Bunu olduqca aşağı rəqəm sayan H.Harmancı qeyd edib ki, körpələrin ana südü ilə qidalandırılması faizinin artması üçün addımlar atılmalıdır.
Doğum evlərində süni uşaq qidaları satılır?



Azərbaycanda "Mü" ştammına yoluxma qeydə alınıb? - ÜST rəsmisindən AÇIQLAMA
Səhiyyə Nazirliyi süni qidalardan narahatdır- DİQQƏT
Uşaqlar maska taxmalıdır? – ÜST-dən CAVAB
“”Delta” ştammına qarşı yeni mübarizə üsulu yoxdur” – Hande Harmancı
Nazir Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin rəhbərini qəbul edib
Azərbaycanda 5 yaşadək problem yaşanır
Azərbaycanda hər il 24 min insan bu xəstəlikdən ölür - ÜST
Azərbaycanda doğulan uşaqların sayı azalıb
Valideynlərə XƏBƏRDARLIQ- Yeni virus yayılır
ÜST rəsmisindən xəbərdarlıq: Bu dərmanları istifadə etməyin - VİDEO
Harmancı Qubada çəkdirdiyi fotolara AYDINLIQ GƏTİRDİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 