Rayonlara gediş-gəlişlə bağlı qərar dövlətin verdiyi qərardır. ONN media xəbər verir ki, bunu ÜST-ün Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı Operativ Qərargahın bugünkü brifinqində deyib. O bildirib ki, rayona səfər etdiyi gün şənbə günü olub və həmin vaxt küçəyə çıxma qadağası tətbiq olunmamışdı. Qeyd edək ki, Hande Harmancı instaqram hesabında Quba və Xaçmazda çəkdirdiyi fotoları paylaşmışdı. ÜST rəsmisinin pandemiya dövründə gəzintiyə çıxması ictimai qınağa səbəb olmuşdu.
Harmancı Qubada çəkdirdiyi fotolara AYDINLIQ GƏTİRDİ

