İstanbulda nəşr olunan “Təmrin” jurnalının növbəti nömrəsi Azərbaycanın Xalq şairi Rəsul Rzanın anadan olmasının 110 illiyinə həsr edilib. Jurnalın bu, xüsusi nömrəsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin böyük şairimiz Rəsul Rza ilə bağlı dəyərli, tarixi sözləri ilə açılır. Nəşrdə Xalq yazıçısı Anarın Rəsul Rzadan bəhs edən “Mübarizə bu gün də var” əsərinin bir hissəsi, Milli Məclisin deputatı, fəlsəfə doktoru Cavanşir Feyziyevin “Köhnə dünyanı yeni təfəkkürlə qavrayan böyük şair” yazısı, Rəsul Rzanın öz dilindən qələmə alınan həyat tarixçəsinin vacib anları, şairin xanımı, Azərbaycanın Xalq şairi Nigar Rəfibəylinin “Gündəliy”indən parçalar yer alır. Bundan əlavə jurnalın xüsusi nömrəsində Xalq şairi, Milli Məclisin deputatı Sabir Rüstəmxanlının “Ölkədən ölkəyə, könüldən könülə”, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birinci vitse-prezidentin, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin “Milli sərbəst şeirin uvertürası”, professor Qəzənfər Paşayevin “Taleyimdə müstəsna rol oynayan iki şəxsiyyətdən biri”, yazıçı Səyyad Aranın “Düşüncə şairi”, uzun müddət şairlə dostluq etmiş, tədqiqatçı-yazar İmamverdi Əbilovun “Xatirələr işığında”, professor Cavanşir Yusiflinin “Rəsul Rza haqqında söhbətlər”, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turanın “Modenist estetikanın işığında: Rənglər”, filologiya elmlər doktoru Elnarə Akimovanın “Rəsul Rzanın moderni, yaxud şəklin müəllifi zaman”, yazıçı Pərvinin “Səndən ayrı sənsizlikdə “Neyləyim?” kimi bir-birindən maraqlı yazı və məqalələri, iri həcmli xatirələri yer alıb. Jurnalda, eyni zamanda, Nazim Hikmət, Qara Qarayev, Nikolay Tixonov, Süleyman Rüstəm, Məlik Cövdət Anday, İlyas Əfəndiyev, Arseni Tarkovski, Bəxtiyar Vahabzadə, Oljas Suleymenov, Ataol Bəhramoglu, Vaqif Səmədoğlu, İosif Noneşvili, Nizami Cəfərov, Vaqif Yusifli, İrji Taufer, Əjdər Ol, Buludxan Xəlilov, İmdat Avşar və Səlim Babullaoğlu kimi Azərbaycan, Türkiyə və Rusiyanın, habelə digər ölkələrin müxtəlif ədib və sənət adamlarının, alimlərinin Rəsul Rza ilə bağlı qısa rəy və fikirləri təqdim edilib. Rəsul Rzanın onlarla maraqlı şeirinin türkiyəli oxuculara təqdim olunduğu xüsusi buraxılışın üz qabığında Xalq rəssamı Tahir Salahovun “Rəsul Rzanın portreti”indən istifadə edilib. Xalq şairi haqqındakı yazılar jurnalda onun həyatının maraqlı anlarını özündə əks etdirən zəngin fotoşəkillərlə müşayiət edilir. Təqdim olunan materialları Türkiyə türkçəsinə Ömər Küçükmehmetoğlu çevirib. Eyni zamanda, İmdat Avşarın da tərcümələrindən istifadə edilib.
“Təmrin” jurnalının Rəsul Rzanın 110 illiyinə həsr olunan xüsusi nömrəsi işıq üzü gördü



İlham Əliyev sərəncam imzaladı
Milli Məclisin Heydər Əliyevin 100 illiyinə həsr olunmuş xüsusi iclası başlayıb
Səməd Mənsurun 140 illiyinə həsr edilmiş ədəbi-bədii tədbir keçirildi
SON DƏQİQƏ: Xalq şairi Musa Yaqub vəfat etdi
Səyavuş Məmmədzadə vəfat etdi
“Sabir Rüstəmxanlı üçün yaz” müsabiqəsi elan edildi
Dövlət Akademik Filarmoniyasının dekabr repertuarı
İstanbulda Heydər Əliyevin 95 və AXC-nin 100 illiyinə həsr olunmuş sərgi keçirilir
Bu gün Nəriman Həsənzadənin doğum günüdür
Paytaxtda növbəti kitab sərgisi başlandı
Behbudovun mahnısı oğurlandı: qızı çağırış etdi - VİDEO
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu
Arzumun adından dələduzluq edildi
İlham Əliyev sərəncam imzaladı 