Avtomobilini texniki baxışdan keçirməyənlər cərimə olunacaq. Çünki hazırda qüvvədə olan sərt karantin rejimi qaydaları avtomobillərin texniki baxışdan keçirilməsinə mane deyil.
Texniki baxış zamanı hər hansı ləngimə yaranarsa, bununla bağlı yolda karantin qaydasının pozulduğu üçün cərimə tətbiq olunmayacaq. Çünki Baş Dövlət Yol Polisi İdarəsinin Avtomobillərin Müayinə Mərkəzi tərəfindən gecikmə yarandığı halda vətəndaşlara sərbəst hərəkət üçün arayış verilir.
Baş Dövlət Yol Polisi İdarəsinin Avtomobillərin Müayinə Mərkəzinin müfəttişi Elgiz Teymurov bildirib ki, texniki baxışla bağlı güzəşt edilməyəcək. Xüsusi texniki vasitələrin köməyi ilə texniki baxışdan keçməyən avtomobillər müəyyən edilərək cərimələr tətbiq olunacaq.
Mərkəzdən verilən məlumata görə, texniki baxışdan yayınmaq üçün müxtəlif üsullara əl atanlar var. Bəzi sürücülər texniki baxışdan keçən avtomobillərin nömrələrini digər nəqliyyat vasitələrində istifadə edərək hərəkət etməyə cəhd göstərirlər. Belə sürücülər dövlət yol polisinin əməkdaşları tərəfindən saxlanır və onlar qanunvericiliyə uyğun olaraq cərimə olunurlar.
Qeyd edək ki, müayinə mərkəzi həftənin bütün günləri fəaliyyət göstərir. Sürücülər hər gün saat 9-00-dan axşam saat 6-ya qədər avtomobillərini texniki baxışdan keçirə bilərlər.



Sürücülər yol polisini BELƏ ALDATMAĞA çalışır - Xəbərdarlıq edildi - VİDEO
DYP bu sürücülərə XƏBƏRDARLIQ ETDİ
Bu şəxslər avtomobilini texniki baxışdan keçirsin
Sürücülərə şad xəbər- Cərimə olunmayacaqsınız
DYP-dən sürücülərə SƏRT xəbərdarlıq
Sabahdan bu sürücüləri 300 manata kimi cərimə gözləyir
DYP -dən sürücülərə MÜRACİƏT
Azərbaycanda avtomobillərin texniki baxışı dayandırıldı - Cərimə olmayacaq
Sürücülərə ŞAD XƏBƏR: Buna görə cərimə yazılmayacaq
Yol polisindən sürücülərə XƏBƏRDARLIQ
DYP gücləndirilmiş rejimə keçir
Sürücülərə yazılan bu cərimələr qanunsuzdur
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 