Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi (DYP) İdarəsi nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi ilə bağlı sürücülərə müraciət edib. ONN media xəbər verir ki, müraciətdə bildirilir: "Nəqliyyat vasitələrinin texniki baxışdan keçmə müddətinin bitməsi ilə bağlı SMS məlumat almış şəxslər istifadələrində olan avtomobillərini texniki baxışdan keçirməlidirlər. Bunun üçün Bakı, Sumqayıt və Abşeron rayonu ərazisində yaşayan sakinlər paytaxtın Sabunçu rayonunda yerləşən Texniki Müayinə Mərkəzində, Lökbatan dairəsindən Yeni Yasamal yaşayış massivinə gedən yolun üzərindəki yeni istifadəyə verilmiş Müayinə Mərkəzində, Sumqayıt Regional qeydiyyat-imtahan və texniki baxış şöbəsində nəqliyyat vasitələrini texniki baxışa təqdim etməlidirlər. Respublikanın digər şəhər və rayon sakinləri isə yaşadıqları ərazinin aid olduğu Baş İdarənin Regional qeydiyyat-imtahan və texniki baxış şöbələrində avtomobillərini texniki baxışdan keçirə bilərlər. Son aylarda Sabunçu rayonunda yerləşən Texniki Müayinə Mərkəzində əsaslı şəkildə aparılan təmir-bərpa işləri, orada avtomobillərini texniki baxışdan keçirməyə gələn şəxslər üçün yaradılan şərait xüsusilə qeyd edilməlidir. Mərkəzdə görülən işlərin hər biri vətəndaş məmnunluğunu təmin etmək üçün həyata keçirilib. Müayinə məntəqəsinin ərazisində yaşıllıq sahələri salınıb, işıqlandırma sistemləri yenidən qurulub, texniki baxışdan keçməyə gələn avtomobillər üçün ayrıca dayanacaq istifadəyə verilib. Mərkəz ən müаsir аvadаnlıq və ölçü cihаzlаrı ilə təchiz olunub. Qeyd edilən şərait Qaradağ rayonunda yeni istifadəyə verilən Müayinə Mərkəzində, Sumqayıt Regional qeydiyyat-imtahan və texniki baxış şöbəsində, eləcə də Baş İdarənin digər Regional qeydiyyat-imtahan və texniki baxış şöbələrində də yaradılıb". Sonda bir daha sürücülərin diqqətinə çatdırlıb ki, təyinatından və istehsal ilindən asılı olaraq qanunvericiliklə müəyyən olunmuş müddətdə texniki baxışdan keçirilməyən avtomobillərin idarə edilməsi xüsusi texniki vasitələrin köməyi ilə aşkarlanır və bu xətaya yol vermiş şəxslər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə inzibati məsuliyyət daşıyırlar.
DYP -dən sürücülərə MÜRACİƏT



DYP bu sürücülərə XƏBƏRDARLIQ ETDİ
DYP sürücülərə MÜRACİƏT ETDİ
Sürücülər yol polisini BELƏ ALDATMAĞA çalışır - Xəbərdarlıq edildi - VİDEO
DYP gücləndirilmiş rejimə keçir
Sürücülərə şad xəbər- Cərimə olunmayacaqsınız
Bayramda avtomobilləri texniki baxışdan keçirmək olacaq?
Bu şəxslər avtomobilini texniki baxışdan keçirsin
Əhaliyə qeyri-iş günləri ilə bağlı MÜRACİƏT
DYP sürücülərə müraciət etdi
50 manat cərimələnə bilərsiniz - Yol polisindən XƏBƏRDARLIQ
DYP-dən sürücülərə müraciət
Avtomobillərin texniki baxışdan keçməsi ilə əlaqədar "qaynar xətt" yaradıldı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 