Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitələrinin texniki baxışı ilə bağlı sürücülərə müraciət edib. ONN media xəbər verir ki, nəqliyyat vasitələrinin texniki baxışdan keçmə müddətinin bitməsi ilə bağlı SMS məlumat almış şəxslər istifadələrində olan avtomobillərini texniki baxışdan keçirməlidirlər. Sabunçu rayonunda yerləşən Texniki Müayinə Mərkəzində çəkiliş apardığımız zaman müəyyən etdik ki, sürücülərin çoxu prosesi son günə saxlayırlar. Yağışlı havalar istisna olmaqla texniki baxışa təqdim edilən avtomobil mümkün qədər təmiz olmalıdır. Texniki Müayinə Mərkəzinin əməkdaşı Elgiz Teymurov qeyd edib ki, bəzi sürücülər prosesdən yayınmaq üçün texniki baxışdan keçən avtomobillərin nömrələrini digər nəqliyyat vasitələrində istifadə edərək hərəkət etməyə cəhd göstərirlər. Müayinə mərkəzləri həftənin bütün günləri fəaliyyət göstərir. Sürücülər hər gün saat 9-dan axşam saat 6-ya qədər avtomobillərini texniki baxışdan keçirə bilərlər. Qeyd edək ki, avtomobilini texniki baxışdan keçirməyən sürücülər 50 manat məbləğində cərimə edilir. Əgər 20 gün ərzində avtomobil yenə texniki baxışdan keçirilmirsə, sürücüyə yenə eyni məbləğdə cərimə tətbiq edilir.(xəzərxəbər) https://youtu.be/_gnu6qlhnc4
Sürücülər yol polisini BELƏ ALDATMAĞA çalışır - Xəbərdarlıq edildi - VİDEO



50 manat cərimələnə bilərsiniz - Yol polisindən XƏBƏRDARLIQ
DYP bu sürücülərə XƏBƏRDARLIQ ETDİ
DYP -dən sürücülərə MÜRACİƏT
DYP sürücülərə MÜRACİƏT ETDİ
Bayramda avtomobilləri texniki baxışdan keçirmək olacaq?
DYP gücləndirilmiş rejimə keçir
Sürücülərə şad xəbər- Cərimə olunmayacaqsınız
Avtomobillərin texniki baxışdan keçməsi ilə əlaqədar "qaynar xətt" yaradıldı
Bu şəxslər avtomobilini texniki baxışdan keçirsin
Əhaliyə qeyri-iş günləri ilə bağlı MÜRACİƏT
DYP-dən sürücülərə müraciət
Sürücülərin DİQQƏTİNƏ!
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 