Dekabrın 25-dən əvvəlki illərdə ümumi təhsil məktəblərini ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyəsi üzrə bitirə bilməyən şəxslər üçün eksternat qaydasında aralıq imtahanlarının keçirilməsinə start veriləcək. BŞTİ-dən ONN media -ya verilən xəbərə görə, koronavirus (COVİD-19) infeksiyasının Azərbaycanın ərazisində yayılmasının qarşısının alınması məqsədilə və insanların yaşayış yerini tərk etmələrinə məhdudiyyətlərin tətbiq edilməsini nəzərə alaraq, imtahanların şifahi müsahibə şəklində həyata keçirilməsi məqsədəmüvafiq hesab edilib. Bu baxımdan eksternat qaydasında aralıq imtahanları “Microsoft Teams“ platforması vasitəsilə onlayn formada (şifahi) keçiriləcək. Bu barədə məlumatlar eksternat imtahanlarında iştirak üçün qeydiyyatdan keçmiş şəxslərin “Whatsapp” nömrələrinə bildiriş kimi göndərilib. Qeyd edək ki, sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta və tam orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərə həmin səviyyə üzrə buraxılış imtahanı verərək müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır. İmtahanda iştirak edənlərə 10 fənn üzrə suallar veriləcək. Eksternat imtahanlarında uğur qazanmış şəxslər ümumi orta və tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olacaqlar.
Sabahdan eksternat imtahanlara start verilir



Attestat ala bilməyənlərin DİQQƏTİNƏ
Attestat ala bilməyənlər imtahan verdi
Məktəbi vaхtından əvvəl bitirmək istəyənlərin DİQQƏTİNƏ
Attestat ala bilməyənlərin DİQQƏTİNƏ
Bakıda 52 yaşlı qadın attestat almaq üçün imtahan verdi
DİQQƏT- Nəticələr açıqlandı
Bu gün şagirdlər imtahan verəcək
Azərbaycanda bu təhsil forması ləğv olundu
İmtahanın nəticəsi AÇIQLANDI
Nəticələr AÇIQLANDI
Məktəbi vaxtından əvvəl bitirmək istəyənlərin NƏZƏRİNƏ
İyunda keçiriləcək vacib imtahanların dəqiq təqvimi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 