Bakıda 9-cu sinfədək təhsil ala bilməyənlər üçün keçirilən eksternat imtahanında iştirak edənlər arasında 30-40 yaşlı, hətta 52 yaşlı insan da olub.
ONN media xəbər verir ki, Bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsi bildirib.
İdarədən qeyd edilib ki, dekabrın 26-27-də Bakı şəhəri üzrə eksternat imtahanları keçirilib.
İmtahanda əvvəlki illərdə ümumi təhsil məktəblərində oxuyub ümumi orta təhsil səviyyəsini (IX) bitirə bilməyən şəxslər iştirak ediblər.
İmtahanlarda iştirak edənlərdən 15 nəfəri 30-40 yaş, 11 nəfəri 25-30 yaş, 40 nəfər 20-25 yaş, 33 nəfər isə 16-20 yaş arasında olub. İmtahan verənlərdən 1 nəfəri isə 52 yaşında olub.
Qeyd edək ki, sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərə həmin səviyyə üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.
Eksternat imtahanlarında uğur qazanmış şəxslər ümumi orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ümumi orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olurlar. (trend)



Attestat ala bilməyənlər imtahan verdi
Attestat ala bilməyənlərin DİQQƏTİNƏ
Attestat ala bilməyənlərin DİQQƏTİNƏ
Sabahdan eksternat imtahanlara start verilir
DİQQƏT- Nəticələr açıqlandı
İmtahanın nəticəsi AÇIQLANDI
Bu gün şagirdlər imtahan verəcək
Məktəbi vaхtından əvvəl bitirmək istəyənlərin DİQQƏTİNƏ
Nəticələr AÇIQLANDI
Azərbaycanda bu təhsil forması ləğv olundu
DİM avqustda keçiriləcək imtahanlarla bağlı məlumat yaydı
Məktəbi vaxtından əvvəl bitirmək istəyənlərin NƏZƏRİNƏ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 