Bakı şəhəri üzrə keçirilən eksternat imtahanlarının nəticələri açıqlanıb.
ONN media Dövlət İmtahan Mərkəzinə istinadla xəbər verir ki, əvvəlki illərdə tam orta təhsilini başa vura bilməyən şəxslər üçün 15-16 may 2018-ci il tarixlərində təşkil edilən eksternat imtahanında 381 nəfər iştirak edib. Onlardan 334 nəfəri imtahanın nəticələrinə görə müvəffəq olub.
Eksternlər hərəsində 10 sual olmaqla 14 fənn (Azərbaycan dili, ədəbiyyat, xarici dil, riyaziyyat, informatika, Azərbaycan tarixi, ümumi tarix, insan və cəmiyyət, iqtisadiyyatın əsasları, fizika, astronomiya, kimya, biologiya, coğrafiya) üzrə imtahan veriblər. Rus bölməsi üzrə təhsil almış şəxslər isə əlavə olaraq daha 1 fənndən də (rus dili) sınaqdan keçiblər.
Eksternat imtahanlarından uğur qazanan şəxslərin attestat almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən tam orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında iştirakı zəruridir.
Eksternlər buraxılış imtahanları barədə Dövlət İmtahan Mərkəzinin saytına (www.dim.gov.az) daxil olaraq məlumat əldə edə bilərlər.



DİQQƏT- Nəticələr açıqlandı
Attestat ala bilməyənlər imtahan verdi
Attestat ala bilməyənlərin DİQQƏTİNƏ
Bakıda 52 yaşlı qadın attestat almaq üçün imtahan verdi
Sabahdan eksternat imtahanlara start verilir
Attestat ala bilməyənlərin DİQQƏTİNƏ
Nəticələr AÇIQLANDI
DİM avqustda keçiriləcək imtahanlarla bağlı məlumat yaydı
DİM 10 və 11 iyunda keçirilən imtahanların nəticələrinı açıqladı
Buraxılış imtahanlarının nəticəsi BU TARİXDƏ açıqlanacaq - DİM
Gələn il keçiriləcək buraxılış imtahanlarının tarixləri
Bu şagirdlər üçün əlavə imtahan keçirildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 