ONN media xəbər verir ki, Azərbaycan-Qazaxıstan ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 15-ci iclası çərçivəsində Astanada səfərdə olan energetika naziri Pərviz Şahbazov bir sıra görüşlər keçirib. Pərviz Şahbazovu Qazaxıstanın investisiya və inkişaf naziri Jenis Kasımbek qəbul edib. Görüşdə iki ölkə arasında mədəni-tarixi əlaqələrin enerji-nəqliyyat layihələri ilə möhkəmlənərək inkişaf etdiyi, bütün sahələr üzrə yüksək əməkdaşlıq münasibətlərinin mövcudluğu qeyd edilib. Energetika naziri hər iki ölkə prezidentlərinin mütəmadi görüşlərinin ölkələr arasında əməkdaşlığa böyük töhfə verdiyini söyləyib. Cari ilin 9 ayı ərzində ticarət dövriyyəsi və idxal-ixrac əməliyyatlarında artımın olmasını qarşıya qoyulmuş vəzifələrin icrasının göstəricisi kimi qiymətləndirib. Əməkdaşlıq üçün perspektiv istiqamətlərdən bəhs edib. Nazir İpək Yolu üzərində yerləşən ölkələr kimi Azərbaycan və Qazaxıstanın nəqlliyyat sahəsində yeni layihələr həyata keçirmək, kənd təsərrüfatı, turizm, hava nəqliyyat, müdafiə sənayesi və gəmiqayırma sahələrində əməkdaşlıq imkanlarını diqqətə çatdırıb.
Qazaxıstanın investisiya və inkişaf naziri Jenis Kasımbek bütün sahələr üzrə əməkdaşlıq potensialından istifadəyə hazır olduqlarını, Bakı-Tbilsi-Qars dəmir yolu vasitəsilə böyük həcmlərdə yükdaşımalarına və kənd təsərrüfatı, xüsusilə tərəvəz məhsullarının idxalına maraq göstərdiklərini bildirib.
Görüşdə Qazaxıstanda turizm və ticarət evlərinin açılması məsələsi də müzakirə edilib.
Qazaxıstanın Milli İqtisadiyyat naziri Timur Süleymanov ilə görüşdə isə ikitərəfli əməkdaşlıq məsələləri və 2018-2020-ci illəri əhatə edən Strateji yol xəritəsi üzrə ötən dövr ərzində görülən işlər müzakirə edilib. Qazaxıstanın infrastruktur layihələrində Azərbaycan şirkətlərinin iştirakı, energetika və kənd təsərrüfatı sahəsində işçi qrupları səviyyəsində baxılan məsələlərin reallaşdırılmasının vacibliyi qeyd olunub. Gələn il bir sıra ikitərəfli iqtisadi tədbirlərin həyata keçirilməsi barədə razılıq əldə olunub.



Energetika naziri Qazaxıstanın energetika nazirinin müavini ilə görüşdü
Monqolustanın energetika naziri Azərbaycanda səfərdədir
İtaliyanın iqtisadi inkişaf nazirinin müavini Energetika Nazirliyində olub
Energetika naziri isveçrəli iş adamlarını qəbul etdi
İlham Əliyev Qazaxıstana gedəcək
Azərbaycanın energetika naziri Vyanada bir sıra görüşlər keçirib
Pərviz Şahbazov 25-ci Yubiley Beynəlxalq “Xəzər Neft və Qaz “Sərgisi çərçivəsində bir sıra görüşlər keçirib
Azərbaycan-Braziliya enerji əməkdaşlığı müzakirə edilib
Energetika naziri Çexiyanın sənaye və ticarət naziri ilə görüşüb
Azərbaycanın energetika naziri İranda səfərdə olub
Energetika naziri “Total” şirkətinin Azərbaycan üzrə İcraçı direktorunu qəbul edib
Energetika naziri Pərviz Şahbazov Macarıstanın xarici işlər və ticarət nazirini qəbul edib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 