Azərbaycan-Rusiya İşgüzar Şurası və Rusiyanın Həştərxan vilayətinin Sənaye və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycanın və Həştərxanın iş adamları arasında video-konfrans formatında görüş keçirilib.
İqtisadiyyat Nazirliyindən Olaylar.az-a verilən məlumata görə, Azərbaycan və Rusiya şirkətlərinin, iri ticarət şəbəkələrinin nümayəndələrinin iştirak etdiyi görüşdə kənd təsərrüfatı, balıq sənayesi, gəmiqayırma, tikinti, metallurgiya, logistika və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində müzakirələr aparılıb.
Şuranın İdarə Heyətinin sədri Səməd Qurbanov çıxış edərək ölkəmizin dövlətçilik tarixində mühüm hadisə - Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, müzəffər Azərbaycan Ordusunun sücaəti nəticəsində torpaqlarımızın işğaldan azad olunduğunu, Azərbaycanın ərazi bütövlüyünün bərpa edildiyini vurğulayıb, münaqişənin tənzimlənməsi prosesində Rusiyanın rolunu diqqətə çatdırıb.
O, qeyd edib ki, Azərbaycanın işğaldan azad olunan ərazilərində yeni infrastruktur və biznes layihələrinin həyata keçirilməsi ölkəmiz qarşısında duran əsas vəzifələrdəndir. Bu layihələrdə tərəfdaş ölkələrin şirkətlərinin iştirakı iqtisadi əməkdaşlıq əlaqələrinin genişləndirilməsində əhəmiyyətli olacaq.
Azərbaycan şirkətlərinin Həştərxan vilayətində investisiya layihələrinin həyata keçirilməsində fəallığını vurğulayan S.Qurbanov Azərbaycanın "KDY Logistics" şirkətinin iri logistik terminal yaratması layihəsini qeyd edib. O, bildirib ki, Həştərxanda birgə sosial layihələr də həyata keçirilir. Bunlar arasında Ulu Öndər Heydər Əliyevin abidəsinin açılması, şəhər bağçasının abadlaşdırılması, məktəbin yenidən qurulması, uşaq bağçasının tikilməsi və bir çox digər layihələr də var.
Bütün bunlar Azərbaycan-Həştərxan əlaqələrinin genişlənməsi, eyni zamanda sahibkarları arasında mövcud əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsi, ticarət və investisiya sahələrində birgə layihələrinin həyata keçirilməsi istiqamətində mühüm rol oynayacaq.
Görüşdə çıxış edən Həştərxanın Sənaye və Təbii Sərvətlər naziri Denis Afanasyev Həştərxan vilayətinin Azərbaycanın etibarlı tərəfdaşı olduğunu vurğulayıb, Son illərdə Həştərxanda Azərbaycanın iştirakı, ölkə rəhbərliyinin və Heydər Əliyev Fondunun dəstəyi ilə bir neçə böyük layihənin həyata keçirildiyini qeyd edib. O, diqqətə çatdırılıb ki, Həştərxan vilayətinin sahibkarları Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır və qarşılıqlı ticarət həcminin artırılması üçün böyük potensial var.
Videokonfrans çərçivəsində biznes dairələri arasında müxtəlif sahələrdə yeni əlaqələrin yaradılması istiqamətində fikir mübadiləsi aparılıb, sahibkarları maraqlandıran suallar cavablandırılıb.



İlham Əliyev Babuşkini qəbul etdi (YENİLƏNDİ)
Azərbaycan nümayəndə heyəti Həştərxan vilayətində işgüzar səfərdədir
Azərbaycan-Pakistan biznes forumu keçirildi
Bakıda Həştərxan İşgüzar Mərkəzi açılacaq
Ümummilli lider Heydər Əliyev Həştərxanda ehtiramla anılıb
Həştərxan vilayətində fəaliyyət göstərən logistika qovşağı yüklərin daşınmasını 200 min tona çatdıracaq
Yekaterinburqda “Azərbaycan Şərab Evi” açıldı
Bakıda Rusiya-Azərbaycan və Azərbaycan-Rusiya işgüzar şuralarının geniş iclası keçirilib
Həştərxanda Nəriman Nərimanovun 150 illiyinə həsr olunmuş beynəlxalq dəyirmi masa keçirilib
Həştərxanda Heydər Əliyev anılıb - Foto
Azərbaycanda Rusiya ilə birgə turizm alyansı yaradıldı
Heydər Əliyevin Həştərxandakı abidəsi önünə gül dəstəsi qoyulub
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 