Ermənistanın müharibədən yayınması yalnız erməni tərəfi Qarabağın statusu olmadan ətrafındakı 7 bölgəni geri qaytarmağa razı olduqda mümkün olacaqdı.
ONN media xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
O bildirib ki, “hazırkı hakimiyyətin daha çevik siyasəti sayəsində Qarabağdakı müharibənin qarşısını almaq olardı” kimi bəyanatlar yersizdir: “Bu tezisi təbliğ edənlər bir suala cavab verməlidir: niyə “çevik” siyasətlə 2016-cı ilin Aprel müharibəsindən qaçmaq mümkün deyildi? 2014 və 2015-ci illərdə də vəziyyət kəskinləşmişdi”.
Onun sözlərinə görə, 2016-cı ildə Rusiya təklifləri dövriyyəyə buraxıldı və bu təkliflərdə 7 bölgənin (5 + 2) Qarabağın statusu göstərilmədən geri qaytarılması nəzərdə tutulurdu: “Rusiya niyə belə bir təkliflə çıxış etdi? Sadə bir səbəbə görə: Ermənistanın “çevik” siyasəti üzündən “Madrid prosesi” çıxılmaz vəziyyətə gəldi, çünki Azərbaycan Qarabağa hər hansı status verilməsini istəmirdi”.
Paşinyanın nöqteyi-nəzərindən həm Rusiya, həm də hər kəs üçün aydın idi ki, Azərbaycan bu variantla heç vaxt razılaşmayacaq və buna görə də çıxılmaz vəziyyətdən çıxmaq üçün metodlar tapmaq lazım idi: “Bəzilərinin Ermənistanın 2018-ci ildən sonrakı siyasətinin Rusiyaya meylli olmadığı iddiaları doğrudursa, niyə 2016-cı ildə “kifayət qədər Rusiyapərəst” siyasət şəraitində bu cür Rusiya təklifləri doğuldu və Aprel müharibəsi baş verdi?”
Baş nazir müharibədən çəkinməyin yeganə variantının Qarabağın statusunu unudaraq ərazilərdən imtina etmək olduğunu qeyd edib: “Ancaq nəzərə almırlar ki, bu vəziyyətdə Gorusun yanında, Eyvazlı bölgəsində bir Azərbaycan işarəsi görünəcək”.
Paşinyana görə, bütün bu ifadələr əsirlərin həyatını təhlükə altına qoyur.(publika.az)



Paşinyan: Putinə zəng etdim, Əliyev isə rədd etdi!
Paşinyandan şok sözlər: “Azərbaycanın bu rayonları da...”
Paşinyandan KRİTİK AÇIQLAMA: "100 ildən sonra..."
Paşinyanın generalından SİRLİ MESAJ: Putini izləyin
Paşinyan Qarabağın Azərbaycana aid olduğunu ETİRAF ETDİ
Ermənistanın Qarabağla bağlı ŞOK TƏLƏBİ ÜZƏ ÇIXDI
Paşinyan Mehrini Azərbaycana verib ki... - SENSASİON AÇIQLAMA
Paşinyandan xalqa müraciət: Ermənistan Qarabağın əvəzinə...
Putin Paşinyanla Qarabağı müzakirə etdi
Ermənistan DƏHŞƏT İÇİNDƏDİR: erməni xalqı hələ indi başına döyməyə başlayıb
Paşinyana daha bir ZƏRBƏ: istefa verməlidir, yoxsa...
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 