Ermənistan hələ indi təslimçilik və "ağrılı güzəştlər" arasında düşünməyə başlayıb. ONN media xəbər verir ki, İrəvan Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladığı atəşkəs razılaşmasını sensasiya adlandırır. Razılaşma paytaxtda fırtınaya səbəb olub. Erməni xalqı 24 saatdır ki, şok vəziyyətindədir. Qarabağdakı əhəmiyyətli ərazilərin işğaldan azad edilməsi, ən əsası Şuşanın azadlığı, üstəgəl, nəhəng insan itkiləri Ermənistanın xəyal etdiyi sonluq deyildi. Ermənistanda ictimai rəy indi son dərəcə qütblüdür - bəziləri hazırkı baş naziri günahkar hesab edir, onu milli maraqlara xəyanət etməkdə günahlandırır. Bəziləri isə keçmiş hökuməti əhali və ordunu aldatmaqda ittiham edir. Bildirilir ki, müharibə başlayanda hakimiyyət qalib gəlməyin mümkün olacağına ümid edirdi. Lakin bu baş vermədi və sonda Ermənistan ağır kapitulyasiyaya uğradı. Baş nazir Nikol Paşinyan öz növbəsində müharibənin qaçılmaz olduğunu bildirir və məğlubiyyəti zəif ordu ilə əlaqələndirir. Erməni siyasi analitik Viqen Hakobyan isə Madrid prinsiplərinin lap əvvəldən masada olduğunu və sülh yolu həllin müharibədən əvvəl mövcud olduğunu qeyd edir. Onun sözlərinə görə, sülh yolu ilə həll prinsipləri kapitulyasiyadan daha yüngül nəticələr doğura bilərdi. Qeyd edək ki, Rusiya, Ermənistan və Azərbaycanın liderləri Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan Qarabağda atəşkəsə dair birgə bəyanat qəbul edib. Rusiya Federasiyası Prezidentinin verdiyi açıqlamaya görə, Dağlıq Qarabağda tam atəşkəs 10 noyabrda qüvvəyə minib. Erməni tərəfi bir sıra ərazini sülh yolu ilə işğaldan azad etməyə məcbur edildi. Beləliklə, Kəlbəcər rayonu 15 noyabr, Ağdam rayonu 20 noyabr, Laçın rayonu 1 dekabr tarixinə qədər Azərbaycana təhvil verilməlidir. Döyüşlər zamanı işğaldan azad olunmuş bütün ərazilər Azərbaycanın ərazi bütövlüyünə daxil edilir. Bununla yanaşı, Dağlıq Qarabağın Ermənistanla əlaqəsini təmin edəcək və eyni zamanda, Şuşaya toxunmayacaq Laçın dəhlizi (5 km enində) Rusiya sülhməramlılarının nəzarəti altında qalır. Rusiyadan gələn kontingent də Qarabağdakı təmas xətti boyunca yerləşdiriləcək. Sülhməramlı kontingentin yerləşdirilməsi 5 il müddətinə nəzərdə tutulub. Razılığa əsasən, sülhməramlıların mandatının daha da uzadılması yalnız münaqişə tərəflərinin razılığı ilə mümkündür. Nəzəri olaraq, Azərbaycan 5 ildən sonra rus ordusunun geri çəkilməsini tələb edə bilər.(publika.az)
Ermənistan DƏHŞƏT İÇİNDƏDİR: erməni xalqı hələ indi başına döyməyə başlayıb



Akopcanyan: Əgər Bakını qəzəbləndirsək...
Ermənistanda ümummilli tətil elan edildi, minlərlə insan...
İlham Əliyev: Ermənistanda kriminal, korrupsioner, qaniçən, oğru, yalançı hakimiyyət tam iflasa uğradı
Paşinyan müharibə edəcək: Məqsədi budur - İşxanyan
Paşinyan indi də onlara yalvarmağa başladı
İrəvanda qarşıdurma: Xalq Nikolun acizliyinə etiraz edir
Ermənistan Rusiyaya birləşmək istəyir - ŞOK ÇAĞIRIŞ
Paşinyan Ərdoğanla sazişə hazırlaşır: 3 bənd var
Paşinyan Moskvaya YALVARIR- SƏBƏB?
Ermənistan hakimiyyəti parçalanır
Paşinyandan xalqa müraciət: Ermənistan Qarabağın əvəzinə...
Paşinyan Blinkenlə nələri müzakirə etdi?
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 