İmam Sadiq (ə) buyurur: "O zaman ki, Peyğəmbər (s) zöhr namazında qibləni Beytul-müqəddəsdən Kəbəyə tərəf dəyişməsi ilə bağlı əmr verir, yəhudilər dedilər: "Və kitab əhlinin bir dəstəsi (onların alimləri, öz ardıcıllarına) dedilər: "İman gətirənlərə nazil olan şeylərə (Qur'an ayələrinə) günün əvvəlində iman gətirin, axırında ona kafir olun, bəlkə (öz dinlərindən) qayıdalar (çünki onlar sizi dindən agah və xəbərdar adamlar kimi tanıyırlar və sizin tərəddüd etməyinizlə onlar da tərəddüd edəcək, şəkk-şübhəyə düşəcəklər)""". ("Ali-İmran" 72). Ayədən çıxartdığımız nəticələr: 1. Düşmənlər müsəlmanları yolundan azdırmaq üçün plan qurublar. 2. Onlar müsəlman adı ilə İslamın cərgələrinə daxil olub, arxadan xəncər vururlar. 3. Müsəlman gərək sadəlövh və tez inanan olmasın. 4. Allah həssas anlarda düşmən fitnələrinin üstünü açandır. 5. Gərək imanımız kamil olsun ki, onların fitnəsi bizə təsir etməsin. 6. Düşmənin siyasətlərindən biri - rabitə yaradıb, sonra onu qırmaqdır və niyyətləri də cəmiyyətdə fitnə yaratmaqdır. "İstədiyi kəsi Öz rəhmətinə məxsus edər. Allah böyük əta və bəxşiş sahibidir". ("Ali-İmran" 74). Bu ayə nazil oldu və möminlərə çatdırıldı ki, yəhudilərin düşüncə və təfəkkür tərzi yanlışdır. Çünki yəhudilər belə düşünür ki, Allah onlara xüsusi lütf edir və heç bir qövmə bu qədər dəyər vermir. Bu ayə nazil oldu və buyurdu ki, Allah hamıdan yaxşı bilir ki, risalətini kimə versin. O, bəndələri arasından ən layiqini seçəndir. Allahın, həm lütfü genişdir və həm hikməti. Bəli, tarix boyu bu fitnələr davam etmişdir və bu gün də alimlərimiz xəbərdarlıq edirlər ki, düşmənin bu kimi fitnələrindən ayıq olmaq lazımdır. Onlar fitnə yaratdıqlarını gizlətmirlər və müsəlmanların vəhdətdə olmasını istəmirlər. Tək hədəfləri - İslam vəhdətini qırmaq və cəmiyyət arasında fitnə yaratmaqdır. Bu yolda hər bir şeyə əl atır və heç bir murdarlıqdan çəkinmirlər. Ona görə də Quranın da bizə buyurduğu kimi, ayıq olmaq lazımdır və tez inanan olmaq olmaz. Müsəlman düşmənin hər an hücum etməsinə hazır olmalıdır.(milli.az)
Müsəlman gərək sadəlövh olmasın



Nəsuh tövbəsi – xalis, səmimi qəlbdən edilən tövbədir
Ruzinin artmasına təsir qoyan əməllər
İmanın 4 nişanəsi
Orucluq ayı niyə "Ramazan" adlandırılır?
Möminin niyyəti, onun əməlindən üstündür
Çətin işləri asanlaşdırar – “Qəmər” surəsinin fəzilətləri
Ramazan ayının 4 nurani, bərəkətli xüsusiyyəti
Nəfsin islah edilməsi vacibdirmi?
Düzgün təvəkkül etmək necə olur?
Orucun 6 sirri NƏDİR?
Ölümdən niyə qorxuruq?
Ürəyimizin yorğunluğunu necə aradan qaldıraq?
Xaricdə təhsil üzrə sənəd qəbulu başa çatdı
Prezidentdən Ramiz Fətəliyevlə bağlı sərəncam
İstanbul Bəyannaməsi imzalandı
Aşuranın vaxtı açıqlanıb
Güclü geomaqnit qasırğası olacaq
Kremldən Paşinyanın qələbəsinə reaksiya
İran XİN-in binasında güclü partlayış oldu
Azərbaycanda sabah yağış yağacaq
Məktəblərdə Tiktoka çıxış bloklandı
Azərbaycan bu Avropa ölkəsində səfirlik açır
Mənzildən ata və məktəbli oğlunun meyiti tapıldı
Əhaliyə XƏBƏRDARLIQ - İyunun 10-na qədər...
Qəbul imtahanlarının düzgün cavabları açıqlandı
MM-də müzakirələr başladı
Paşinyan Azərbaycana çağırış etdi 