Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən 20 Yanvar hadisələri zamanı şəhid olanların ailə üzvlərinə və əlillərə yardım edilib. 1990-cı ilin 20 yanvarında Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda mübarizəyə qalxıb. Bu yolda çox sayda şəhid versək də, xalqın iradəsi sınmayıb və milli ruhu sarsılmayıb. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilib. Bu qanlı aksiya Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, xalqın inamını, iradəsini qırmaq üçün totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirilib. Prezident İlham Əliyev 20 Yanvar faciəsi şəhidlərinin ailələrinin, bu bəşəri cinayətdən zərər çəkən vətəndaşların sosial müdafiəsini daim diqqətdə saxlayır, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, yaşayış səviyyəsinin daha da yaxşılaşdırılması üçün zəruri tədbirlər görülür. 20 Yanvar faciəsinin 31-ci ildönümü ərəfəsində, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin əmri ilə, həmin faciənin qurbanı olmuş şəhidlərin qaçqın ailə üzvlərinə və əlillərə, ümumilikdə, 21 şəxsə 200 manat məbləğində birdəfəlik maddi yardım edilib. Azərbaycan xalqı 20 Yanvar qırğını zamanı ümummilli mənafelərin müdafiəsi naminə canlarından keçmiş və şəhidlik zirvəsinə ucalmış oğul və qızlarının xatirəsini hər zaman uca tutur və onları ehtiramla yad edir.
Şəhid ailələrinə və əlillərə birdəfəlik yardım göstərildi



Qanlı Yanvar hadisələrindən 30 il ötür
İlham Əliyev SƏRƏNCAM İMZALADI
Günahkarlar cəzalanmalıdır!!!-Cavid İSMAYIL yazır
Şəhid ailələrinə birdəfəlik maddi yardımlar verildi
Qanlı Yanvar hadisələrindən 33 il ötür
Qanlı Yanvar hadisələrindən 34 il ötür
Xalq 20 Yanvar şəhidlərinin xatirəsini ehtiramla anır
Deputat: İlham Əliyev şəhid ailələrinə öz doğmaları kimi yanaşdı
Energetika Nazirliyində 20 Yanvar faciəsinin 29-cu ildönümü anılıb
Xarici İşlər Nazirliyində 20 Yanvar faciəsi yad edildi
Prezidentdən SƏRƏNCAM: Bu şəxslərə pulsuz mənzillər veriləcək
Şəhid ailələri, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə daha 40 mənzil təqdim edildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 