Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir. ONN media xəbər verir ki, agentliyin əməkdaşları Şamaxı rayonu, Məhəmməd Əmin Rəsulzadə küçəsində yerləşən, fiziki şəxs Mahmudov Nurlan Babaqulu oğluna məxsus “Ocaq” marketdə yoxlama keçiriblər. Yoxlama zamanı ərzaq mağazasında satışda istifadə müddəti bitmiş 9,4 kq "Ranço" nişanlı Holland pendiri, 3 kq "Zolotava" nişanlı bitki spred yağı və 1 kq "İsmayıllı" nişanlı kərə yağı aşkarlanıb. Araşdırma zamanı müəssisənin girişində dezbaryerin quraşdırılmadığı, temperatur rejiminə əməl olunmadığı, istifadə müddəti bitmiş məhsulların digər məhsullarla eyni soyuducuda saxlanıldığı, satışda olan bir sıra ərzaq məhsullarının (kartof, yağ və s.) saxlama qaydalarına zidd olaraq birbaşa döşəmənin üzərinə yığılaraq saxlanıldığı, işçilərin ilkin və dövri olaraq tibbi müayinədən keçmədiyi məlum olub. Mağazada istifadə müddəti bitmiş məhsulların satışının qadağan edilməsi və məhv edilməsi barədə qərar qəbul edilib.
AQTA vaxtı keçmiş məhsullar aşkarladı



Bu marketdə kərə yağı adı ilə spred yağ satırlarmış...
Bakıda məşhur restoranın fəaliyyəti dayandırıldı - SƏBƏB?
"Göyçə təndirin"də BİYABIRÇI MƏNZƏRƏ
Bakıda bu marketdə istifadə MÜDDƏTİ BİTMİŞ məhsullar satılır
“Yanar Dönər” bağlandı - BUNA GÖRƏ...
Göyçayda kiflənmiş kolbasa məhsulları aşkarlanıb
Bakıda şirniyyat sexinin fəaliyyəti dayandırıldı - SƏBƏB?
Yararsız kolbasa və sosiska məhsulları aşkarlandı
Saxta kərə yağı istehsal edən şirkət aşkarlandı
AQTA qənnadı müəssisəsinin fəaliyyətini dayandırdı
AQTA yararsız spirtli içkiləri məhv etdi
“İvanovka” adı altında süd məhsulları istehsal edən sex bağlandı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 