Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin 1003 - Çağrı Mərkəzinə daxil olan növbəti məlumat əsasında Bakı şəhəri, Binəqədi rayonunda fəaliyyət göstərən fiziki şəxs Muradov Elxan Mürşüd oğluna məxsus süd məhsulları istehsalı sexində aparılan yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulması faktları aşkar edilib.
AQTA-dan verilən məlumata görə, yoxlama zamanı müəyyən edilib ki, emal müəssisəsi qida təhlükəsizliyi qeydiyyatından keçməyib və avtomagistral yolun kənarında, istifadəolunma təyinatı maşın qarajı üçün nəzərdə tutulmuş birmərtəbəli daş tikilidə fəaliyyət göstərir.
Yoxlama zamanı sexdə sanitar-gigiyena və texniki normativ aktların tələblərinə əməl edilmədiyi, mənşəyi məlum olmayan xammallardan istifadə edilməklə süd məhsullarının istehsalının həyata keçirildiyi aşkarlanıb.
Emal prosesində qəbul edilən xammal və yarımfabrikatların təhlükəsizlik və keyfiyyət göstəricilərinin yoxlanılmadığı müəyyən olunub. Eyni zamanda xammal və yarımfabrikatların mənşəyi ilə bağlı heyvandarlıq təsərrüfatının sağlamlığı haqqında müvafiq sənədlərin olmadığı da aşkarlanıb.
Müəssisədə sanitar gigiyenik tələblərə riayət olunmadığı və məhsulda kif göbələklərinin inkişafının qarşısının alınması, həmçinin saxlanma müddətinin artırılması məqsədilə istehsal prosesi zamanı texniki normativ aktların tələblərinə zidd olaraq, insanın həyat və sağlamlığına təhlükə yarada biləcək E 235 “Pimarisin-Natamisin” (Pimalak) konservantından gözəyarı şəkildə istifadə olunduğu aşkar edilib. Sexdə temperatur və rütubət rejiminin tənzimlənməsinə nəzarətin həyata keçirilmədiyi də müəyyən olunub.
Bütün bunlarla yanaşı, məhsulun markalanmasında “İvanovka” coğrafi adından istifadə etməklə istehlakçıların aldadılması və hüquqlarının pozulması faktı aşkarlanıb. Məhsulun etiketlənməsində isə istehsalçı kimi hazırda fəaliyyət göstərməyən subyektin adı və ünvanı qeyd edilib.
Emal sahəsində xammal və hazır məhsulların eyni soyuducu kamerada, mal qonşuluğu qaydalarına əməl olunmadan saxlanıldığı aşkar olunub. İnsanların həyat və sağlamlığına təhlükə yaradacağına dair əsaslı şübhələr olduğundan məhsullardan götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib və müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcək.
AQTA-nın aşkarladığı mənşəyi bilinməyən süd məhsulları arasında ölkənin bir sıra market və mağazalarında satılan “İvanovka” adlı məhdul (şor) da olub.




Daha bir sexdən iyrənc görüntülər
Artıq bu limonadı içməyəcəksiniz
Toyuq sexində iyrənc mənzərə
Azərbaycanda görünməmiş iyrənclik: yediyimiz dönərlərin əti burdan gəlirmiş – FOTOLAR
AQTA qənnadı müəssisəsinin fəaliyyətini dayandırdı
“Yanar Dönər” bağlandı - BUNA GÖRƏ...
AQTA yararsız spirtli içkiləri məhv etdi
Bakıda məşhur restoranın fəaliyyəti dayandırıldı - SƏBƏB?
İstifadəyə yararsız çörək sexi aşkarlandı - FOTO
Saxta kərə yağları harada hazırlanır?- İYRƏNC MƏNZƏRƏ
Saxta kərə yağı istehsal edən şirkət aşkarlandı
Bakıda qanunsuz toyuq sexi aşkarlanıb
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 