Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığına əsasən Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Həbsxanasına əvvəlcədən xəbərdarlıq etmədən planlı başçəkmə həyata keçirilib. ONN media xəbər verir ki, BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyasının Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmə çərçivəsində MPQ üzvləri tərəfindən müəssisənin cərimə təcridxanasına, tibb-sanitar hissəsinə, mətbəxinə, görüş otaqlarına və digər obyektlərinə baxış keçirilib. MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmə zamanı məhkumların, o cümlədən ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin saxlanma şəraiti, rəftar məsələləri, sağlamlıq, qidalanma, telefon danışığı, görüş və digər hüquqlarının təmin olunması vəziyyəti yerində araşdırılıb. Fərdi və konfidensial qəbul zamanı məhkumlara hüquqları, Ombudsmanın səlahiyyətləri və müvafiq qanunvericiliyin tələbləri izah olunub. Eyni zamanda Müvəkkilə ünvanlanmış yazılı müraciətlər qəbul olunub, bir sıra müraciətlər yerində təmin edilib. Başçəkmə zamanı müəssisənin cərimə təcridxanasında əsaslı təmirə ehtiyac olduğu, tibb-sanitar hissəsində bəzi dərman vasitələrinin müddətinin bitdiyivə üzərində lazımi möhürün olmadığı, labarotoriya otağının və əməliyyat bölməsinin fəaliyyət göstərmədiyi, rentgen, USM aparatlarının və bir çox digər tibbi avadanlığın işlək vəziyyətdə olmadığı, həmçinin yanğınsöndürmə qaydalarına riayət edilmədiyi və yanğınsöndürmə vasitəsinin istifadə müddətinin keçdiyi, habelə sənədləşmədə nöqsanların olduğu müəyyən edilib. Yekunda MPQ üzvləri tərəfindən müəssisənin rəhbərliyi və əməkdaşları ilə hüquqi maarifləndirici söhbətlər aparılıb, habelə nöqsanların aradan qaldırılması, saxlanma şəraitinin, rəftar məsələlərinin və sənədləşmənin aparılması işinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilib.
Penitensiar Xidmətin həbsxanasında nöqsanlar aşkarlandı



2 saylı Kliniki Psixiatriya Xəstəxanasına başçəkmə həyata keçirilib
Ombudsman Elvin İsayevə baş çəkib
Ombudsman nümayəndələri Gədəbəydə tutulanlara baş çəkdi
David Babayan bu imkanlarla təmin olundu
Azərbaycanda saxlanılan ermənilərin son durumu
İlham Əliyev sərəncam imzaladı
Siyavuş Novruzovun xanımı ombudsman seçildi
Ombudsman danışdı: "Rahat olun"
Yeni medal təsis oldu- Prezident təsdiqlədi
Səbinə Əliyevanın maaşı artırıldı
Səbinə Əliyeva Türkiyənin Konstitusiya Məhkəməsinin sədri ilə görüşdü
Elmira Süleymanova yola salınır - Yeni Ombudsman seçiləcək
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 