Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində həbs edilmiş şəxslərin hüquqlarının təmin olunma vəziyyətini monitorinq edib.
ONN media xəbər verir ki, bu barədə Ombudsman Aparatı məlumat yayıb.
Azərbaycan qanunvericiliyinin, o cümlədən BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyasının Fakültativ Protokolunun tələbləri əsasında keçirililmiş başçəkmə çərçivəsində təqsirləndirilən şəxs Babayan David Klimoviç də konfidensial qaydada qəbul edilib.
Oktyabrın 3-də keçirilən başçəkmə zamanı Babayan David Klimoviç Ombudsman tərəfindən fərdi qaydada dinlənilib, onun saxlanma şəraiti və rəftar məsələləri, qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının təmin olunma vəziyyəti araşdırılıb.
Müraciətləri Ombudsman S.Əliyeva tərəfindən yerində cavablandırılıb. Şəxsi istifadə üçün eynəklə, kitabxanadan istifadə və informasiyaya çatım imkanları ilə təmin olunub.
D.Babayan saxlanma şəraitindən şikayət etməyib, müəssisəyə daxil olduğu zaman tibbi müayinədən keçdiyini qeyd edib. O, hüquqlarının müdafiəsi məqsədilə vəkillə təmin olunub.
Ombudsmanın Milli Preventiv Qrupunun ixtisasca həkim və psixoloq ekspertlərinin də iştirak etdiyi başçəkmə çərçivəsində qəbuldan sonra ona öz dilində qanunvericilik aktları, Ombudsmana müraciət imkanını izah edən nəşrlər də təqdim edilib.



Ombudsman nümayəndələri Gədəbəydə tutulanlara baş çəkdi
2 saylı Kliniki Psixiatriya Xəstəxanasına başçəkmə həyata keçirilib
Ombudsman Elvin İsayevə baş çəkib
Penitensiar Xidmətin həbsxanasında nöqsanlar aşkarlandı
Azərbaycanda saxlanılan ermənilərin son durumu
Siyavuş Novruzovun xanımı ombudsman seçildi
Səbinə Əliyevaya yeni vəzifə verildi
Ombudsman hərbi hissəni ziyarət edib
Ermənilər ombudsmanın olduğu ərazini atəşə tutdu
Ombudsman Səbinə Əliyevanın fəaliyyəti ilə bağlı RƏSMİ AÇIQLAMA
Səbinə Əliyeva ABŞ səfiri ilə görüşdü
Yeni ombudsman kollektivə təqdim olundu
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 