Son günlərdə sosial şəbəkələrdə Azərbaycanda koronavirusun üçüncü dalğasının daha qorxulu və acınacaqlı olacağı, bu mərhələdə uşaqların kütləvi yoluxacağı və onlar arasında çoxsaylı ölüm hallarının baş verəcəyi, eləcə də xəstə uşaqların qəbulu üçün xəstəxanalarda hazırlıq işlərinin aparıldığı barədə səs yazısı yayılıb. Həmin səs yazısı həkim tərəfindən paylaşıldığından, vətəndaşlar arasında vahimə və təşviş doğurmaqla yanaşı, cəmiyyətdə dövlətin koronavirusla mübarizə tədbirlərinə inamsızlığa şərait yaradıb. Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən aparılmış araşdırmalar nəticəsində vətəndaşlar arasında çaşqınlığa və əsassız narahatlığa səbəb olmuş həmin xəbəri paylaşan şəxsin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun həkimi, hazırda koronaviruslu xəstələrin müalicəsi ilə əlaqədar Qobustan Rayon Mərkəzi Xəstəxanasına ezam olunmuş, 1974-cü il təvəllüdlü Məcidova İlahə Telman qızı olduğu müəyyən edilib. İlahə Məcidova özünün səhv mülahizələrinə əsaslanan səs yazısını paylaşmasından peşman olduğunu, koronavirus pandemiyası ilə əlaqədar indiki həssas bir dönəmdə bu hərəkətinin doğura biləcəyi ağır nəticələr barədə düşünmədiyini etiraf edərək ictimaiyyətdən üzr istəyib. İlahə Məcidovanın məsuliyyətə cəlb edilməsi məsələsi qanunvericiliyə uyğun qaydada həll olunacaq. Bir daha sosial media təmsilçiləri və sosial şəbəkə istifadəçilərindən koronavirus epidemiyası ilə bağlı məlumatları bölüşərkən diqqətli olmağı, qeyri-rəsmi və dəqiqləşdirilməmiş xəbərlərin yayılmasına yol verməməyi, yalnız aidiyyəti dövlət qurumlarının məlumatlarına etibar və istinad etməyi xahiş edirik. https://youtu.be/EwUAC53fkM4
SON DƏDİQƏ: DTX insanları qorxudan həkimi yaxaladı - VİDEO



DTX-nin həbs etdiyi baş həkimin yerinə - Təyinat
Azərbaycanda insanlar şəxsiyyət vəsiqələrini götürüb xəstəxanalara niyə axın etdilər?
Bu xəstəxanaya yeni baş həkim təyin edildi
Azərbaycanda koronaviruslu xəstələr üçün ayrılan xəstəxanalar - SİYAHI
Azərbaycanda daha bir həkim koronavirusdan öldü
MEDİA və DTX birgə bəyanat yaydı
Bu instituta yeni təyinat olub
Ağır xəstələrin yeni videosu YAYILDI: "İnanmırdım ki, belə xəstəlik var"
Bakıda gənc qız koronavirusdan ölüb?- RƏSMİ
Baş Prokurorluq sosial şəbəkələrdə terrorçuluğa çağırışlarla bağlı və bəzi KİV-lərə qarşı cinayət işi açdı
Təhsil Nazirliyindən məktəb direktorunun səs yazısı ilə bağlı açıqlama
Azərbaycanda uşaqlar arasında yeni virus yayılıb?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 