Dövlət başçısının tapşırığına əsasən, qəsəbələr üzrə sərnişindaşımaların keyfiyyətinin artırılması istiqamətində işlər davam etdirilir. Bakı Nəqliyyat Agentliyindən (BNA) ONN media -ya verilən məlumata görə, fevralın 5-dən 32 saylı müntəzəm marşrut xətti (“28 May” metrostansiyası -“8-ci kilometr” ərazisi) üzrə sərnişindaşımaları ekoloji baxımdan təmiz, Avro 6 standartlarına cavab verməsi ilə fərqlənən 12 metrlik “BakuBus” MMC-yə məxsus avtobuslarla icra ediləcək. Dəyişiklik sayəsində 32 nömrəli marşrut xəttindən gündəlik istifadə edən 17 mindən artıq sərnişinin daha təhlükəsiz və rahat daşınması mümkün olacaq. Məlumat üçün bildiririk ki, ötən dövrdə sərnişinlərdən 32 saylı xətt üzrə sərnişindaşımaların vəziyyətilə bağlı şikayətlər daxil olurdu. Bununla əlaqədar keçirilən monitorinqlər zamanı aşkar edilən çatışmazlıqların aradan qaldırılması üçün daşıyıcı “Fidan”-MMC-yə dəfələrlə yazılı və şifahi xəbərdarlıq olunsa da hər hansı bir tədbir görülməyib. Bu səbəbdən əhaliyə göstərilən xidmətin keyfiyyətinin artırılması məqsədi ilə 32 nömrəli marşrut müsabiqəyə çıxarılıb və sərnişindaşımaları “BakuBus” MMC-yə həvalə olunub.
Daha bir marşrut xətti "BakuBus"a verildi



Daha bir marşrut xətti "Bakubus"a verildi
Bu marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişdirilir
Sabahdan bu marşrut kartla ödənişə keçir
Daha bir marşrut xətti "Bakubus" oldu - ELAN
Daha bir avtobus kart sisteminə keçdi
Bakıda daha bir marşrut avtobusu kart sisteminə keçdi
Bakıda daha bir marşrut xətti kart sisteminə qoşulur
Bu avtobuslar Baku Bus-a keçdi
Sərnişinlərin NƏZƏRİNƏ: Bu marşrut xəttində DƏYİŞİKLİK EDİLDİ
Bu avtobusdan istifadə edənlərin nəzərinə
Bu avtobuslarda sürücülər gediş haqqını qaldırdı – XƏBƏRDARLIQ
Bakıda yeni marşrut xətti açıldı - Sabahdan işləyəcək
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 